Nyu-Yorkda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə edilmişdir

 

Demokratiyaİqtisadi İnkişaf uğrunda Təşkilatın - GUAM-ın BMT-dəki daimi nümayəndələri Nyu-Yorkda BMT Baş Assambleyasının 66-cı sessiyası  gündəliyinin 35-ci bəndi üzrə "GUAM məkanında uzun sürən münaqişələr və beynəlxalq sülh, təhlükəsizlik və inkişaf üçün onların nəticələri" mövzusunda brifinq keçirmişlər.

AzərTAc Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinə istinadən xəbər verir ki, brifinqdə diplomatlar və KİV nümayəndələri iştirak etmişlər.

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Aqşin Mehdiyev brifinqdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının tarixi, bu münaqişənin Azərbaycan üçün ağır nəticələri və ölkəmizin bu məsələdə tutduğu mövqe barədə ətraflı məlumat vermişdir.

Diplomat qeyd etmişdir ki, Azərbaycan münaqişənin qısa müddətdə danışıqlar yolu ilə həll edilməsində, onun nəticələrinin aradan qaldırılmasında daha çox marağı olan tərəfdir. O bildirmişdir ki, Azərbaycan ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar prosesinə sadiq qalır, amma heç vaxt status-kvonun qanuniləşdirilməsinə əsaslanan qərarları qəbul etməyəcəkdir. Azərbaycanın ərazi bütövlüyü kompromis obyekti deyilheç vaxt ola bilməz.

A.Mehdiyev demişdir ki, münaqişələrin ölkələrin dövlət suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq aləmdə tanınmış sərhədlərə hörmət çərçivəsində həllinin alternativi yoxdur. Təəssüf ki, Ermənistanın siyasi rəhbərliyi həyata keçirdiyi destruktiv və təhlükəli siyasətin perspektivinin olmadığını dərk etmir. GUAM ölkələri ərazisindəki münaqişələr beynəlxalq birliyinarahat etməlidir. Buna görə də GUAM münaqişələrin hamı tərəfindən qəbul olunmuş normalar və beynəlxalq hüquq prinsipləri əsasında həlli sahəsində fəaliyyətini davam etdirəcəkdir.

Sonra GUAM-ın daimi nümayəndələri jurnalistlərin suallarına cavab vermişlər.

 

 

Azərbaycan.- 2012.- 14 aprel.- S. 8.