Roma Papası XVI Benedikt Həzrətlərinə

 

 Zati-müqəddəsləri!

Tacqoyma gününüz münasibətilə Sizi şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan-Vatikan münasibətləri, dostluq və əməkdaşlıq əlaqələrimiz ümumbəşəri dəyərlərin təntənəsi, insanlar arasında qarşılıqlı anlaşma və həmrəyliyin bərqərar olması naminə bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, ali missiyanızda uğurlar arzulayır, həmməzhəblərinizə əmin-amanlıq və rifah diləyirəm.

 

Hörmətlə,

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 2 aprel 2012-ci il

 

Azərbaycan.- 2012.- 19 aprel.- S. 1.