Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyası Kurqan vilayətinin qubernatorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 23-də Rusiya Federasiyasının Kurqan vilayətinin qubernatoru Oleq Boqomolovun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Azərbaycana növbəti səfərindən məmnunluğunu bildirən Oleq Boqomolov ötən dövr ərzində ölkəmizdə gedən sürətli inkişaf proseslərinin onda xoş təəssürat yaratdığını dedi.

Dövlət başçısı ölkələrimiz arasında ikitərəfli əlaqələrin bütün istiqamətlərdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev Azərbaycan ilə Rusiya Federasiyasının ayrı-ayrı subyektləri arasında yaxşı əməkdaşlığın qurulduğunu bildirərək bunun ölkələrimiz arasında əlaqələrin daha da möhkəmləndirilməsi baxımından önəmini qeyd etdi.

 

 

 AzərTAc

 

Azərbaycan.- 2012.- 24 aprel.- S. 1.