Hüquq təhsilinin inkişafına diqqət artırılır

 

 Bu günlərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin nümayəndə heyəti ABŞ Dövlət Departamentinin dəvəti ilə Amerika Birləşmiş Ştatlarında səfərdə olmuşdur. Səfərin əsas məqsədi hüquq təhsilində mühüm yer tutan kliniki təcrübənin və BDU-da açılacaq enerji hüququ və dəniz hüququ üzrə magistratura pilləsini daha əlverişli istiqamətdə inkişaf etdirmək təcrübəsinin öyrənilməsi ilə bağlı olmuşdur. Səfər zamanı müxtəlif görüşlər keçirilmiş və amerikalı mütəxəssislərlə fikir mübadiləsi aparılmışdır.

Səfər Nyu Orlean şəhərində yerləşən Tuleyn Universitetinin hüquq fakültəsi ilə tanışlıqla başlamışdır. Qeyd edək ki, bu universitetin əsası 1834-cü ildə qoyulmuşonun məzunları sırasında tanınmış şəxslər - görkəmli siyasətçilər, ictimai və dövlət xadimləri, mesenatlar əksəriyyət təşkil etmişdir. Təhsil ocağının hüquq fakültəsinin dekanı David Meyer son illər aparılan işlər barədə geniş məlumat verdikdən sonra universitetin professorları müxtəlif sahələri əhatə edən məruzələrlə - Cinayət qanunvericiliyi, Vəkillik kursu, Dəniz hüququ, Ətraf mühit hüququ, Ekologiya hüququ üzrə magistratura proqramına dair kurslar barədə çıxışlar etmişlər. Məruzələr ətrafında geniş fikir mübadiləsi aparılmış və həmin kurslar üzrə tədris proqramlarının BDU-nun hüquq fakültəsinin tədris yükündə tətbiqi imkanları müzakirə edilmişdir.

Nümayəndə heyətinin növbəti görüsləri Luiziana ştatının Şərq rayonu üzrə Dairə Məhkəməsində olmuşdur. Hakimlərin, prokurorların və digər hüquq orqanları əməkdaşlarının iştirak etdiyi tədbirdə klinikada çalışan universitet tələbələrinin işə cəlbetmə mexanizmləri açıqlanmış və bunun faydası barədə söhbətlər aparılmışdır.

ABŞ-da universitetlərin hüquq fakültələri Amerika Vəkillər Assosiasiyasının (AVA) akkreditasiyasından keçir. Nümayəndə heyətinin növbəti görüşü AVA-nın üzvü Cons Volkerin hüquq firmasının ofisində olmuşdur. Şirkət hüquq fakültəsinin məzunları sırasından seçimaparma qaydalarını təqdim etmişdir.

Tuleyn Universitetinin hüquq fakültəsinin nəzdində fəaliyyət göstərən hüquq klinikasının fəaliyyəti ilə tanışlıq nümayəndə heyətinin daha böyük marağına səbəb olmuşdur. Burada mülki qanunvericilik, ailə zorakılığı və cinayət klinikalarının rəhbərləri vəkillik səlahiyyətinin yeni aspektləri barədə çıxış etmiş, kliniki təcrübənin tədrisdə yerionun gələcək mütəxəssislərin yetişdirilməsində rolu xüsusi qeyd edilmişdir. Klinikada çalışan tələbələrin təcrübəsinin öyrənilməsi məqsədilə qonaqlar Orlean Rayon Cinayət Məhkəməsində də olmuşlar.

Səfər zamanı Tuleyn Universiteti ilə Bakı Dövlət Universiteti arasında əməkdaşlıq memorandumu imzalanmışdır.

Nümayəndə heyətinin növbəti görüşləri Vaşinqton şəhərində olmuşdur. Əvvəlcə Amerikan Universitetinin Vaşinqton hüquq kollecinin Klinik Proqramlar üzrə direktoru, professor Brenda Smitlə, daha sonra vəkillik praktikası kursu üzrə rəhbər professor Elizabet Boalsla son illərin hüquq aləmində olan yeniliklər barədə söhbətlər aparılmış, Azərbaycanın hüquq sistemi haqqında  geniş məlumat verilmişdir. Vaşinqton hüquq kolleci 1896-cı ildən fəaliyyət göstərir və AVA-nın akkreditasiyasından keçmiş təhsil ocağıdır. Hazırda kollecdə 1200 tələbə müxtəlif dərəcələr üzrə təhsil alır. Kollecin nəzdində on sahə üzrə hüquq klinikası fəaliyyət göstərir.

Təcrübənin qiymətləndirilməsi məqsədilə Kolumbiya dairəsinin Ali Məhkəməsinə səfər edilmişburada müxtəlif xarakterli cinayət işləri üzrə proseslərə baxılmış, klinikada çalışan tələbələrin əməyindən məhkəmədə faydalanma üsulları müzakirə edilmişdir. Aztəminatlı əhalinin müdafiəsində mühüm yer tutan Federal İctimai Müdafiəçi İnstitutunun fəaliyyətinin öyrənilməsi də nümayəndə heyətinin əsas məqsədlərindən biri olmuşdur.

Səfərin sonunda nümayəndə heyəti ABŞ Dövlət Departamentinin AvropaAsiya Bürosunun əməkdaşları ilə görüş kecirmişdir. Burada BDU-nun hüquq fakültəsinin dekanı, nümayəndə heyətinin rəhbəri, professor Əmir Əliyev səfərin yekunları barədə danışmış, hüquq təhsilinin nəzəriyyədən təcrübəyə keçidinin faydalı olduğunu və yüksək hazırlıqlı mütəxəssislərin yetişdirilməsində mühüm rol oynadığını xüsusi qeyd etmişdir. ABŞ Dövlət Departamentinin rəsmisi belə təcrübə mübadilələrinin faydalı olduğunu bildirərək gələcəkdə də bu yönümlü layihələrə dəstək olacaqlarını vurğulamışdır.

Professor Ə.Əliyev onu da qeyd etmişdir ki, Azərbaycan Respublikasi Prezidentinin 23 dekabr 2011-ci il tarixli "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında" sərəncamında (2.20 bəndi) ali təhsil müəssisələri nəzdində olan "hüquq klinikaları"nın fəaliyyətinin dəstəklənməsi nəzərdə tutulur. Bu isə belə səfərlərin nə qədər faydalı olduğuna dəlalət edir. Bakı Dövlət Universitetinin nəzdində on ildən çoxdur ki, hüquq klinikası fəaliyyət göstərir. Hüquq sahəsi üzrə təhsil alan tələbələrin ən yaxşı vəkillərin rəhbərliyi altında kliniki təcrübədən faydalanmaları onların əməyindən gələcəkdə daha səmərəli istifadəni təmin edir. Hüquq sferasında yeni sahələrin açılması zamanın tələbidir  deyən professor Ə.Əliyev bildirdi ki, səfər zamanı əldə olunmuş məlumat və biliklər dəniz və enerji hüququnun tədrisinə təkan verəcək və bu sahələr üzrə yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına zəmin yaradacaq.

Səfər müddətində keçirilən görüşlərdə BDU-nun professor və müəllimləri amerikalı həmkarlarına Azərbaycan mədəniyyətini, incəsənətini, tarixini əks etdirən hədiyyələr vermişQarabağla bağlı həqiqətləri üzə çıxaran çoxsaylı yeni nəşrləri (ingilis dilində), o cümlədən BDU-nun hüquq fakültəsinin əsas məlumat bukletlərini təqdim etmişlər.

 

 

Azərbaycan.- 2012.- 25 aprel.- S. 7.