Azərbaycan Diplomatik Akademiyasında II Beynəlxalq festival keçirilmişdir

 

 Aprelin 27-də Azərbaycan Diplomatik Akademiyasının Kitab Mərkəzində (ADA) bu ali təhsil müəssisəsinin təşkilatçılığı ilə II Beynəlxalq festival keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə Azərbaycanda fəaliyyət göstərən səfirliklərin, müxtəlif beynəlxalq təşkilatların nümayəndələri, ölkəmizdə təhsil alan yerli əcnəbi tələbələr iştirak etmişlər.

Festivalda ADA-nın prorektoru Fariz İsmayılzadə, xarici işlər nazirinin müavini Araz Əzimov, Mədəniyyət Turizm Nazirliyi aparatının rəhbəri Firudin Qurbanov çıxış etmişlər. Bildirilmişdir ki, I Beynəlxalq festival 2011-ci ildə, 17 səfirliyin iştirakı ilə təşkil olunmuş böyük uğur qazanmışdır.

20-dək ölkənin təmsil olunduğu II festivalın keçirilməsində məqsəd müxtəlif mədəniyyətlər arasında dialoq yaratmaq, Azərbaycanda təhsil alan xarici tələbələrin bir-biri ilə ünsiyyət qurmasına şərait yaratmaqdır.

İştirakçılar səfirliklərin nümayəndələri ilə görüşəcək, bu ölkələrin mədəniyyətləri ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər. Artıq ikinci ildir ki, təşkil olunan tədbir həmçinin ADA-nın Kitab Mərkəzinin yaradılmasının ikinci ildönümünə təsadüf edir. Dövlətin, xalqın tarixinin təbliğ olunmasında, mədəni əlaqələrin yaranmasında kitabların böyük əhəmiyyəti vardır. Ölkəmizdə hazırda 3800-dən çox kitabxana fəaliyyət göstərir. Bu baxımdan ADA-da Kitab Mərkəzinin açılması mühüm əhəmiyyət kəsb edir.

Tədbirin keçirilməsi dünya ictimaiyyətinin marağını zəngin mədəniyyəti olan Azərbaycana yönəltməyə bir vasitədir. Xalqlar mədəniyyətlər arasında əlaqə bu tədbirdə öz təcəssümünü tapmışdır.

Xalq artisti Alim Qasımov, əməkdar artist Fərqanə Qasımovanın ifaları, Azərbaycan, Türkiyə, Belarus, Fələstin Hindistanın milli rəqsləri iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.

Tədbirdə ABŞ, Çin, Yunanıstan, Macarıstan, Özbəkistan, İndoneziya, İraq, Qazaxıstan, Latviya, Liviya, Norveç, Polşa, Pakistan, İsveçrə, İordaniya, Rumıniya, Belarus, Rusiya, Fələstin, Polşa digər dövlətlərin zəngin tarixi, mədəniyyəti, məişəti mətbəxini əks etdirən sərgi nümayiş olunmuşdur.

 

 

Azərbaycan.- 2012.- 28 aprel.- S. 7.