Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi anılmışdır

 

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 89-cu ildönümü ilə bağlı Bakıda "Oftalmologiyanın aktual problemləri" mövzusunda beynəlxalq elmi konfrans keçirilir.

Konfransın iştirakçıları alimin xatirəsini yad etmək üçün aprelin 28-də Fəxri xiyabana gəlmişlər. Əvvəlcə xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsi ehtiramla yad edilmiş, məzarı önünə güllər düzülmüşdür.

Sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə gül dəstələri düzülmüş və əklil qoyulmuşdur.

Görkəmli dövlət xadimiictimai xadim Əziz Əliyevin və istedadlı həkim, gözəl insan Tamerlan Əliyevin məzarları üstünə də tər güllər düzülmüşdür.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 29 aprel.- S. 5.