Andrey Yaroşinski: Festival çox yüksək səviyyədə təşkil olunmuşdur və buranın insanları çox qonaqpərvərdirlər

 

Ölkəniz çox dəyişmiş, inkişaf etmişdir. Festival ildən-ilə daha möhtəşəm təşkil edilir və təklif olsa, yenə də bu gözəl diyarda konsert verərəm.

AzərTAc xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspirantı, Qəbələ II Beynəlxalq Piano Müsabiqəsinin qalibi, M.RostropoviçD.Şostakoviç adına musiqi fondlarının təqaüdçüsü, rusiyalı pianoçu Andrey Yaroşinski demişdir. O, ötən il Qəbələdə çox yüksək səviyyədə təşkil edilmiş beynəlxalq müsabiqənin qalibi olduğubu il Qəbələ IV Beynəlxalq Musiqi Festivalının konsertlərinə dəvət aldığı üçün özünü son dərəcə xoşbəxt saydığını söyləmişdir. "Bilirəm ki, bu festivalın belə yüksək səviyyədə təşkili üçün çox vaxt sərf olunmuşxeyli zəhmət çəkilmişdir. Buranın insanları çox səmimidir, qonaqpərvərdir. Sizin musiqiçilərlə tanış oldum, yeni dostlar qazandım. Festival çox yüksək səviyyədə təşkil olunmuşdur. Ötənilki kimi, yenə də bizə böyük qayğı göstərirlər".

Andrey Yaroşinski bu beynəlxalq tədbirin əhəmiyyətini yüksək qiymətləndirərək bildirmişdir ki, füsunkar təbiətin, uca dağların və yaşıl meşələrin əhatəsində, təmiz havada belə gözəl musiqi bayramının keçirilməsi yerlixarici qonaqlara unudulmaz anlar yaşadır.

 

 

Azərbaycan.- 2012.- 1 avqust.- S. 7.