Aleksandr Aleksandrov finalda

 

 Dünən Olimpiadanın akademik avarçəkmə yarışlarında yarımfinal mərhələsinin görüşləri keçirilmişdir. Turnirdə mübarizəni davam etdirən təmsilçilərimizdən Aleksandr Aleksandrov finala çıxmaq üçün qüvvəsini sınamışdır.

Kişilər arasında birnəfərlik qayıqla (M1X) çıxış edən avarçəkənimiz finala vəsiqə uğrunda çinli Lianq Janq, argentinalı Santyaqo Fernandes, çexiyalı Ondrey Sinek, britaniyalı Alan Kempbel və belçikalı Tim Meyenslə mübarizə aparmış və üçüncü yeri tutaraq finala yüksəlmişdir. Finiş xəttinə birinci çexiyalı Sinek, ikinci isə britaniyalı Kempbell  çatmışdır.

Xatırladaq ki, final yürüşü sabah keçiriləcək.

 

 

Azərbaycan.- 2012.- 2 avqust.- S. 5.