Müasir şəraitdə dövlətin iqtisadi məqsədləri

 

Cəmiyyət bir iqtisadi sistemdən digərinə keçdikdə, ictimai istehsalın sosial forması dəyişildikdə dövlət də məqsəd, vəzifə və funksiyalarına yenidən baxır. Bu məqsəd, vəzifə və funksiyalar yeni sistemə uyğunlaşdırılır və yerli xüsusiyyətlər, eləcə də qabaqcıl təcrübələr nəzərə alınmaqla inkişaf etdirilir. Yalnız belə olduqda dövlətin iqtisadi siyasəti cəmiyyət tərəfindən tanınır və qiymətləndirilir.

İqtisadi ədəbiyyatda məqsədlər eyni zamanda dəyərləndirmə mülahizələri kimi sistemləşir və fəaliyyət göstərir. Bu iqtisadi məqsədlərin sisteminə başlıca olaraq aşağıdakıları aid etmək olar: iqtisadi artım, tam məşğulluq, iqtisadi faydalılıq (səmərəlilik), əmtəə və maddi xidmətlərin qiymətləri, səviyyəsi, cəmiyyətdə yaradılmış gəlirlərin ədalətli bölgüsü, iqtisadi təminatlılıq və azadlıq, ticarət tarazlığı. Bu məqsədlər sisteminə və təsnifatına həmçinin ətraf mühitin mühafizəsi və sağlamlaşdırılmasını da əlavə etmək olar. Bütünlükdə müasir dövlətin iqtisadi məqsədlər sistemi onun həyati əhəmiyyətli məqsədlərinin reallaşdırılmasını təmin etməyə yönəldilir. Beləliklə, dövlətin iqtisadi məqsədləri nəticə, onu gerçəkləşdirən imkan isə səbəb kimi çıxış edir.

Bazar təsərrüfatında dövlətin formalaşmış iqtisadi məqsədlərinin həyata keçirilməsi və təmin olunmasında iqtisadi artım mühüm əhəmiyyət kəsb edir. Odur ki, dövlət formalaşdığı və fəaliyyət göstərdiyi bütün mərhələ və dövrlərdə daha yüksək həyat səviyyəsini özündə təcəssüm etdirən, onu normal reallaşdırmağa xidmət edən iqtisadi artıma nail olunması üçün iqtisadi siyasət həyata keçirir. Əhalinin əmək qabiliyyətli təbəqəsi daimi və müvəqqəti yerləri ilə təmin olunur, daha doğrusu, dövlət məşğulluq probleminin həllini özünün iqtisadi məqsədi hesab edir. Çünki istehsal başqa amillərlə yanaşı, işçi qüvvəsi ilə də birbaşa bağlı və əlaqədardır.

İqtisadi səmərəlilik-faydalılıq məsələsi də dövlətin iqtisadi məqsədlərinin təmin olunmasında mühüm yer tutan amil kimi çıxış edir. Bu amil, yaxud istiqamət dövlətin və onun tabeliyində olan idarə, təşkilatların köməyi, eləcə də fəaliyyəti ilə mövcud məhdud istehsal resurslarından (vasitələrindən) və ehtiyatlarından daha sərfəli istifadə etmək yolu ilə minimum xərclərlə maksimum fayda, qazanc götürülməsini təmin edir və beləliklə, istehsalın davamlı səmərəliliyinin həyata keçirilməsini reallaşdırır.

Dövlətin iqtisadi məqsədləri sistemində başlıca yer tutan digər amil cəmiyyət üzvlərinin həyat səviyyəsi və maddi şəraiti ilə əlaqədardır. Qiymətlərin səviyyəsi və sabitliyi, pulun alıcılıq dərəcəsinin yüksək olması, əsassız inflyasiyaya yol verilməməsi, ümumiyyətlə, pul dövriyyəsi üzərində faydalı nəzarətin həyata keçirilməsi və başqa bu kimi tədbirlər əhalinin həyat səviyyəsinə, onların gəlirlərinin artmasına, xərclərinə qənaət olunmasına birbaşa təsir edən amillərdir.

İqtisadi azadlığın hökm sürdüyü bazar iqtisadiyyatı şəraitində sahibkarlıq fəaliyyətinin səmərəli təşkili isə dövlətin əsas iqtisadi məqsədlərinin ən mühümüdür. Çünki iqtisadi azadlıq bazar iqtisadiyyatı subyektlərinin iqtisadi fəaliyyətində yüksək səviyyədə sərbəstliyini şərtləndirir. Bu isə onların hüquq və fəaliyyətinin əsasını təşkil edir. Məhz belə şəraitdə sahibkarların və ya işəgötürənlərin normal fəaliyyətini təmin etmək mümkündür. Gəlirlərin ədalətli, başqa sözlə, cəmiyyətdə yaradılmış gəlirlərin bölüşdürülməsində ədalətin bərqərar olması ölkədə gəlirlərin səviyyəsinə görə təbəqələşmənin qarşısını alır, gəlir bölgüsündə nəzarəti təmin edir. Vətəndaş cəmiyyətinin formalaşdığı ölkələrdə gəlirlərin ədalətli bölgüsü həmişə dövlətin sosial-iqtisadi siyasətində mühüm yer tutur və dövlətin iqtisadi məqsədlərindən biri kimi qiymətləndirilir, yəni "eyni kapitala görə - eyni gəlir" prinsipi gözlənilir. Əmək qabiliyyəti olmayanya əmək qabiliyyətini itirmiş əhaliyə sosial təminatların ödənilməsi də dövlətin iqtisadi məqsədlərindən biridirbu sistemdə mühüm yer tutur. Dövlət büdcəsinin, ayrı-ayrı sosial və xeyriyyə fondlarının vəsaitləri hesabına əmək qabiliyyəti olmayan əhali təbəqəsinin normal həyat şəraiti və yaşayışı təmin olunur.

Ölkəmizdə son illər dövlətin 9 bənddən ibarət iqtisadi məqsədlərinin gerçəkləşməsi, maddiləşdirilməsi və reallaşdırılması üçün Prezident İlham Əliyevin imzaladığı sərəncam və fərmanlarda, sosial-iqtisadi inkişafa dair dövlət proqramlarında, eləcə də dövlət başçısının məruzə və çıxışlarında strateji əhəmiyyətli tövsiyələr və təkliflər irəli sürülmüş, onların həyata keçirilməsinin yolları göstərilmişdir. Nəticədə iqtisadi inkişafın əsas göstəricisi olan ümumi daxili məhsul (ÜDM) istehsalı davamlı olaraq artır. Təkcə 2011-ci ildə bu göstərici 40 milyard manatı ötüb keçmişdir. 2001-2010-cu illərdə adambaşına düşən ÜDM artımının sürətinə görə Azərbaycan dünya ölkələri arasında ikinci yeri tutmuşdur. Dünya İqtisadi Forumunun "Qlobal rəqabətqabiliyyətli hesabatı"na əsasən, ölkəmiz iqtisadiyyatın rəqabətlilik indeksi üzrə dünyada 55-ci olmuşdur. 2005-2011-ci illər ərzində iqtisadi artıma görə dünyada lider olmuş Azərbaycanda son 7 ildə ÜDM istehsalı 3 dəfə artmışdır. Dünyada iqtisadi böhranın davam etdiyi cari ildə də ölkəmiz inkişaf edir. Xüsusilə qeyri-neft sektorunda sürətli artım müşahidə olunur ki, bu da dövlətin düşünülmüş siyasətinin nəticəsidir. Digər mühüm faktlar: 2003-2010-cu illərdə ölkə iqtisadiyyatına 85 milyard ABŞ dolları həcmində investisiya yatırılmışdır və onun 40 milyardı daxili sərmayələrdir. Eyni zamanda ölkəmizin şirkətləri və sahibkarları son 8 ildə xarici dövlətlərə 5,7 milyard manat əsaslı vəsait qoymuşlar. Bundan əlavə, son 7 ildə əsas kapitala yönəldilən investisiyalar 2,9, orta aylıq əməkhaqqı 4,3, əhalinin gəlirləri 4,5, əmək pensiyalarının baza hissəsi 4,3 dəfə artmışdır. Son illər ölkəmizdə 1 milyondan çox yeni yeri açılmış, əhalinin məşğulluq səviyyəsi 85 faizə qədər yüksəlmişdir. Həmçinin əhalinin yoxsulluq səviyyəsi xeyli aşağı düşmüşonun tamamilə aradan qaldırılması əsas və zəruri məqsəd kimi qarşıya qoyulmuşdur.  Ümumiyyətlə, statistika göstərir ki, Azərbaycanda bütün sahə, sfera və istiqamətlərdə dövlətin iqtisadi məqsədləri bütünlüklə yerinə yetirilir.

Dövlətin iqtisadi məqsədlərinin həyata keçirilməsi Naxçıvan Muxtar Respublikasında da özünü aşkar surətdə göstərir. Yalnız bir faktı nəzərə çatdıraq: ölkənin 10 iqtisadi rayonu arasında 21 sosial-iqtisadi göstərici üzrə Naxçıvan MR öndədir. Muxtar respublikada ÜDM istehsalı 2009-cu ildə 2008-ci ilə nisbətən 16,6, 2010-cu ildə 2009-cu illə müqayisədə 20,7 faiz artaraq 1995-ci ilə nisbətən 38 dəfə yüksəlmiş və 2011-ci ildə 2 milyard ABŞ dollarına çatmışdır ki, bu da blokada şəraitində olan iqtisadi rayon üçün astronomik göstəricidir. Bu müddət ərzində muxtar respublikada təkcə sənaye məhsulunun həcmi 70 dəfədən çox artmışdır. Habelə əsas kapitala yönəldilən investisiyalar 26, kənd təsərrüfatı məhsulları istehsalının həcmi 7, nəqliyyat sektorunda yükdaşıma 18, informasiya və rabitə xidmətləri 90, pərakəndə əmtəə dövriyyəsi 20, əhaliyə göstərilən pullu xidmətlər 30, ixracat əməliyyatlarının həcmi 42 dəfə çoxalmışdır. Həmin dövr Naxçıvan MR-də sənaye müəssisələrinin sayı 520-yə çatmış, mənzil təsərrüfatı sahəsində 641 obyekt, eləcə də 157 nasos stansiyası, 125 körpü, 360 artezian quyusu, 263 rabitə və informasiya texnologiyaları obyekti, 50-dən çox ticarət, 20 xidmət mərkəzi, 15 un dəyirmanı və s. tikilib istifadəyə verilmişdir. Bütünlükdə bu müddət ərzində muxtar respublikada 9683 maddi istehsal müəssisəsi, sosialinzibati obyektlər tikilmiş, bunlara 2 milyard 78,5 milyon vəsait xərclənmişdir. Dövlətin iqtisadi məqsədlərinin müvəffəqiyyətlə və yüksək səviyyədə reallaşması sayəsində bölgədə 178 məktəb, 244 təhsil və elm müəssisəsi, 400-dən çox səhiyyə ocağı tikilmişya yenidən qurulmuşdur. Bundan başqa, muxtar respublikanın dövlət büdcəsi gəlirləri 26, əhalinin gəlirləri 44, hər nəfərə düşən gəlirlər 35, orta aylıq əməkhaqqı 20 dəfə artmış, hər nəfərə düşən aylıq gəlir 160,3 manata çatmışdır. Regionda əgər 1995-ci ildə 16 adda məhsul istehsal edilirdisə, indi bu rəqəm 243-dən çoxdur.

Bütün bunlar onu göstərir ki, Azərbaycanda, o cümlədən Naxçıvan MR-də dövlətin iqtisadi məqsədləri ardıcıl həyata keçirilirbu yolda hökumətin konkret fəaliyyət proqramı mövcuddur. Bu proqramın əsas qayəsini isə ulu öndər Heydər Əliyevin "Xalq dövlət üçün yox, dövlət xalq üçündür" müdrik ifadəsi təşkil edir.         

 

 

Asif ŞİRƏLİYEV,

iqtisad elmləri doktoru,

Naxçıvan Dövlət Universitetinin

professor

 

Azərbaycan.- 2012.- 3 avqust.- S. 4.