Murtuz Nəcəf oğlu Ələsgərov

 

Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Azərbaycan Respublikası Milli Məclisinin sabiq sədri, əməkdar hüquqşünas, hüquq elmləri doktoru, professor, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Murtuz Nəcəf oğlu Ələsgərov 2012-ci il avqustun 7-də ömrünün 84-cü ilində vəfat etmişdir.

Murtuz Ələsgərov 1928-ci il sentyabr ayının 20-də Gəncə şəhərində anadan olmuşdur. Orta məktəbi başa vurduqdan sonra o, 1945-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş, 1950-ci ildə təhsilini fərqlənmə diplomu ilə bitirmişdir. O, 1950-1953-cü illərdə SSRİ Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunun aspiranturasında təhsilini davam etdirərək beynəlxalq hüquq sahəsində ixtisaslaşmağa başlamışdır.

Hələ erkən yaşlarından Gəncə şəhərində yerləşən müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olan Murtuz Ələsgərov 1954-cü ildən ömrünün sonunadək Bakı Dövlət Universitetinin hüquq fakültəsində dərs demişdir. O, müxtəlif illərdə burada baş müəllim, dosent, professorkafedra müdiri, 1993-1996-cı illərdə isə universitetin rektoru olmuşdur.

Murtuz Ələsgərov Birinci, İkinciÜçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı, 1996-cı və 2000-ci illərdə isə Milli Məclisin sədri seçilmişdir.

Murtuz Ələsgərov 1953-cü ildə hüquq elmləri üzrə namizədlik, 1968-ci ildə isə doktorluq dissertasiyaları müdafiə etmişdir.

Tanınmış alim Murtuz Ələsgərovun Azərbaycanda hüquq elminin inkişafında mühüm xidmətləri vardır. O, öz qiymətli araşdırmaları ilə elmi ictimaiyyətin dərin rəğbətini qazanmışdır. Beynəlxalq hüquq sahəsində böyük nüfuz sahibi olan Murtuz Ələsgərov 200-dən artıq elmi əsərin, o cümlədən bir sıra monoqrafiyanın, dərslik və dərs vəsaitinin müəllifidir. O, ABŞ, Böyük Britaniya, FransaYaponiya kimi ölkələrdə iştirakçısı olduğu müxtəlif konfranssimpoziumlarda elmimizi layiqincə təmsil etmişdir.

Murtuz Ələsgərov pedaqojielmi fəaliyyəti ilə yanaşı, yüksək ixtisaslı kadrların hazırlanması üçün böyük qüvvə sərf etmişdir. Onun rəhbərliyi altında çox sayda gənc mütəxəssis alimlik dərəcəsi almışdır. O, yarım əsrdən artıq bir dövrü əhatə edən çoxşaxəli fəaliyyəti ərzində ölkəmizdə elmin və təhsilin inkişafına layiqli töhfələr vermişdir. Onun yetirmələri bu gün ölkəmizin hüquq-mühafizə orqanlarında uğurla çalışırlar.

Azərbaycan öz müstəqilliyini bərpa etdiyi dövrdə ölkəmiz üçün tarixi əhəmiyyət kəsb edən taleyüklü hadisələrin fəal iştirakçısı olan Murtuz Ələsgərov həmişə əsl vətəndaş mövqeyi nümayiş etdirmiş, respublikamızın ərazi bütövlüyüsuverenliyi uğrunda aparılan mübarizədə qətiyyət və əzmkarlıq göstərmişdir. Yeni Azərbaycan Partiyasının təsis edilməsi və formalaşmasına fəal şəkildə qoşulan Murtuz Ələsgərov ömrünün sonunadək partiyanın sədr müavini vəzifəsini tutmuşdur.

Murtuz Ələsgərov Azərbaycan Respublikası Milli Məclisinin deputatı, daimi komissiya rəhbəri və Milli Məclisin sədri olaraq suveren dövlətçiliyimizin hüquqi bazasının möhkəm təməllər üzərində qurulmasına, ölkəmizdə parlament ənənələrinin təşəkkül tapmasına sanballı töhfələr vermişdir. Onun hüquqi dövlət quruculuğu sahəsində, həmçinin müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının hazırlanmasında xidmətləri təqdirə layiqdir. Murtuz Ələsgərov Azərbaycan Respublikasının bir çox qanunlarının və qanunvericilik aktlarının işlənib hazırlanmasında və qəbul edilməsində bilavasitə iştirak etmişdir.

Murtuz Ələsgərovun çoxillik səmərəli elmi-pedaqojiictimai-siyasi fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, bir sıra ordenmedallara layiq görülmüş, o cümlədən Azərbaycan Respublikasının ali dövlət mükafatı olan "İstiqlal" ordeni ilə təltif edilmişdir.

Tanınmış ictimai-siyasi xadim, nüfuzlu hüquqşünas-alim və təcrübəli pedaqoq Murtuz Nəcəf oğlu Ələsgərovun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

 

Allah rəhmət eləsin!

 

İlham Əliyev, Artur Rasi-zadə, Oqtay Əsədov, Ramiz Mehdiyev, Vasif Talıbov, Ziyafət Əsgərov, Bahar Muradova, Valeh Ələsgərov, Fərhad Abdullayev, Fatma Abdullazadə, Şahin Əliyev, Hacıbala Abutalıbov, Ramil Usubov, Fikrət Məmmədov, Misir Mərdanov, Ramiz Rzayev, Zakir Qaralov, Əli Əhmədov, Abel Məhərrəmov

 

* * *

 

Mərhumun cənazəsi vidalaşmaq üçün 2012-ci il avqustun 8-də saat 15.00-dan 17.00-dək Mədəniyyət Mərkəzinin binasında (Rəşid Behbudov küçəsi, 3) qoyulacaqdır.

 

Dəfn mərasimi Fəxri xiyabanda keçiriləcəkdir.

 

 

Azərbaycan.- 2012.- 8 avqust.- S. 2.