Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul etmişdir

 

  Avqustun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul etmişdir.

 

Görüş iştirakçılarını salamlayan Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

 

- Bir neçə gündən sonra bütün müsəlman aləmi müqəddəs Ramazan bayramını qeyd edəcəkdir. Bu bayram ərəfəsində müsəlman ölkələrinin səfirliklərinin nümayəndələri ilə görüşlərimiz artıq gözəl ənənəyə çevrilibdir. Xahiş edirəm ki, mənim səmimi salamlarımı və ən xoş arzularımı təmsil etdiyiniz ölkələrin dövlət və hökumət başçılarına çatdırasınız.

Təmsil etdiyiniz ölkələr ilə bizim çox sıx əməkdaşlığımız vardır. İkitərəfli formatda əlaqələr güclənir, genişlənir və demək olar ki, bütün sahələri əhatə edir. Azərbaycanda müsəlman ölkələrinin səfirliklərinin sayı ildən-ilə artır. Keçənilki görüşdə mən hətta demişdim ki, bir neçə ildən sonra bu masada artıq yer qalmayacaqdır. Yəni, bütün bunlar onu göstərir ki, doğrudan da, ikitərəfli formatda əlaqələrimiz güclənir, genişlənir və bu, bizi çox sevindirir.

Azərbaycan da öz xarici siyasətində islam ölkələri ilə əməkdaşlığa xüsusi önəm verir. Biz bütün beynəlxalq təşkilatlarda müsəlman ölkələrinin mövqeyini müdafiə edirikbu qarşılıqlı dəstək bizi daha da gücləndirir.

Onu da qeyd etməliyəm ki, biz nəinki ikitərəfli formatda, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı dərinləşdiririk. Biz İslam Əməkdaşlıq Təşkilatının fəaliyyətində quruma üzv ölkələrin dəstəyini daim hiss edirik. Birləşmiş Millətlər Təşkilatında qarşılıqlı dəstək çox əhəmiyyətlidir. Keçən il Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv seçilmişdir. Bu seçkilərdə müsəlman ölkələrinin çox böyük rolu olmuşdur. 155 ölkənin Azərbaycanın namizədliyini dəstəkləməsi, eyni zamanda, müsəlman aləminə olan hörmətin təzahürü idi.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində də biz daim müsəlman ölkələrinin dəstəyini hiss etmişik. Bu dəstək bizim üçün çox əhəmiyyətlidir. Bildiyiniz kimi, uzun illərdir ki, beynəlxalq hüquq normaları kobudcasına pozulur. Ölkəmizin beynəlxalq birlik tərəfindən tanınmış sərhədləri pozulmuşdur. Azərbaycanlılara qarşı soyqırımı siyasəti həyata keçirilmişdir. Yenə də Xocalı soyqırımının rəsmən soyqırımı kimi tanınması müsəlman aləmindən başlamışdır. Xocalı soyqırımını soyqırımı kimi birinci Pakistan dövləti tanımışdır və buna görə biz qardaş ölkəyə minnətdarlığımızı bildirmək istəyirik.

Bildiyiniz kimi, ATƏT işğal edilmiş ərazilərə iki dəfə faktaraşdırıcı missiya göndərmişdir. Missiyanın məruzəsində açıq-aydın göstərilir ki, bütün binalar, evlər, müqəddəs din ocaqlarımız ermənilər tərəfindən dağıdılmışdır. İşğal edilmiş ərazilərdə bütün müsəlman məscidləri ermənilər tərəfindən yerlə yeksan edilmişdir.

Biz Azərbaycanda islam həmrəyliyinin güclənməsinə də böyük əhəmiyyət veririk. Xüsusilə, indiki zəmanədə buna daha da böyük ehtiyac vardır.

Bakının İslam mədəniyyətinin paytaxtı elan edilməsini islam aləmi tərəfindən bizə verilən böyük dəstək kimi qiymətləndiririk. Azərbaycanda gedən proseslərə İslam Əməkdaşlıq Təşkilatı tərəfindən müsbət qiymətin verilməsi bizi daha da ruhlandırır. İslam dəyərləri bizim üçün əzizdir, doğmadır. Bizim milli dəyərlərimizin təməlində islam dəyərləri dayanır.

Əlbəttə, biz çalışmalıyıq ki, bütün müsəlman aləmi daha da sıx birləşsin, qarşımızda duran problemlər həll olunsun, gələcəkdə bir-birimizə daha da böyük dəstək verə bilək. Biz istəyirik ki, bütün müsəlman ölkələrində sülh, əmin-amanlıq olsun, qan tökülməsin, vətəndaş müharibəsinə yol verilməsin.

Əfsuslar olsun ki, Azərbaycanda da müstəqilliyimizin ilk illərində vətəndaş müharibəsi baş vermişdir. Bundan böyük faciə ola bilməz. Biz qardaş qanının axıdılmasına imkan verməməliyik.

Ərəb Liqasının Yaxın Şərqdə gedən proseslərlə bağlı mövqeyini, bildiyiniz kimi, Azərbaycan ilk günlərdən dəstəkləmişdir. Biz bu günbu dəstəyi veririk. Eyni zamanda, BMT Təhlükəsizlik Şurasında da Ərəb Liqasının mövqeyini müdafiə edirikbundan sonra da müdafiə edəcəyik.

Yenə də demək istəyirəm ki, biz bütün dövrlərdə, müstəqillik dövründə islam ölkələri ilə daha da yaxın olmaq üçün səylər göstərmişik. Hesab edirəm ki, bu gün bu əməkdaşlıq ən yüksək səviyyədədir. Biz bir-birimizi bundan sonra da dəstəkləməliyik, bir-birimizə siyasi dəstək verməliyik.

Dünya miqyasında bəzi hallarda islam haqqında qəsdən yayılan şayiələrə birgə mübarizə ilə cavab verməliyik. İslamı terrorla bağlamaq cəhdləri böyük günahböyük cinayətdir. Biz buna qarşı birgə səylərlə daha da ciddi mübarizə aparmalıyıq. Terrordan ən çox zərər çəkən müsəlman xalqları olmuşlar.

Hörmətli səfirlər, mən bir daha sizi salamlayıram. Yenə də demək istəyirəm ki, əməkdaşlığımızın çox gözəl tarixi və gözəl gələcəyi vardır. Qarşıdan gələn müqəddəs bayram münasibətilə bir daha sizi və təmsil etdiyiniz xalqları təbrik edirəm.

 

* * *

 

Müsəlman ölkələrinin Azərbaycandakı səfirləri və diplomatik nümayəndəliklərinin rəhbərləri adından çıxış edən Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hulusi KILIÇ görüşə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. Diplomat belə görüşlərin məhz Prezident İlham Əliyevin sayəsində xoş ənənəyə çevrildiyini dedi.

Qarşıdan gələn Ramazan bayramı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirləri və diplomatik nümayəndəliklərinin rəhbərləri adından dövlət başçısına təbriklərini çatdıran səfir bu ayın müsəlman dünyası üçün kəsb etdiyi əhəmiyyətdən danışdı. Hulusi Kılıç ölkəmizin bu gün dünyada artan siyasiiqtisadi nüfuzundan da bəhs edərək dedi:

- Bu gün Azərbaycan yalnız regional deyil, eyni zamanda, beynəlxalq proseslərə, meyillərə bilavasitə təsir edən mühüm ölkələrdən birinə çevrilmişdir. Keçən il Azərbaycana edilən yüksək səviyyəli səfərlər silsiləsi və Azərbaycanda keçirilən əhəmiyyətli tədbirlər bunun bariz göstəricisidir. Biz Azərbaycanda iqtisadisosial sahələrdə davam edən uğurlu dinamik islahatlar prosesini və müsbət dəyişiklikləri səmimi diqqət və məmnuniyyətlə müşahidə edirik. Bu prosesin ən parlaq və inandırıcı sübutlarından biri isə hazırda dünyada yaşanan qlobal maliyyə və iqtisadi böhrana baxmayaraq, Azərbaycanın milli iqtisadiyyatının inkişafı istiqamətində dərin təsir bağışlayan nəticələr göstərməkdə davam etməsi və ölkədə həyata keçirilən infrastruktur layihələri təşkil edir. Təbii ki, bütün bunların arxasında düzgündüşünülmüş iqtisadi islahatlar durur. Siz, cənab Prezident, ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu iqtisadi islahatları müvəffəqiyyətlə davam etdirirsiniz. Azərbaycan xalqı artıq bu islahatların bəhrəsini görür.

"Müsəlman ölkəsinin nümayəndəsi kimi Azərbaycanın BMT Təhlükəsizlik Şurasına böyük dəstəklə üzv seçilməsi bizə sonsuz qürur verirbundan çox məmnunuq", - deyən Hulusi Kılıç vurğuladı ki, bu, Azərbaycan üçün müstəqilliyinin 20 illiyinə töhfə və dünya birliyi tərəfindən ölkəmizin böyük nüfuza malik olduğunun göstəricisidir. Səfir dedi:

- Azərbaycanın humanitar sahədəki uğurlarının da miqyası çox böyükdür. Bu baxımdan Azərbaycan təmsilçilərinin "Eurovision-2011" mahnı müsabiqəsindəki parlaq qələbəsi bütün müsəlman dünyası üçün çox böyük hadisə olmuşdur. Bu ilin mayında "Eurovision-2012" mahnı müsabiqəsinin Bakıda səmimi qonaqpərvərlik və yüksək təşkilatçılıq ilə keçirilməsi müsəlman dünyasını çox sevindirdi. Müsəlman ölkələrinin səfirləri və nümayəndələri olaraq Sizi bu müvəffəqiyyət münasibətilə təbrik edirik. Həmçinin Azərbaycanın islam ümmətinin zəngin mirasının yenidən canlandırılması, inkişaf etdirilməsi istiqamətində intensiv təşəbbüslərini də məmnuniyyətlə qeyd edirik. Bunun ən bariz nümunəsi Azərbaycanda hər il keçirilən Beynəlxalq Muğam müsabiqəsidir. İslam ümmətinin nümayəndələri olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bütün acısını, əzabını, sıxıntısını yaşamış azərbaycanlı qardaşlarımızın kədərini və üzüntüsünü paylaşırıq. Müsəlman ölkələrinin Dağlıq Qarabağ münaqişəsinin BMT-nin müvafiq qətnamələrinin tətbiq edilməsi və beynəlxalq hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü, bütün qaçqınların və məcburi köçkünlərin doğma torpaqlarına qayıtması şərti və sülh yolu ilə həllində Azərbaycanı dəstəkləməsi təqdirəlayiqdir.

Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycanda yüksək dini tolerantlığın, sivilizasiyalararası dialoqun mövcud olduğunu bildirən türkiyəli diplomat ölkəmizin İslam Əməkdaşlıq Təşkilatının tədbirlərində fəal iştirakının, müsəlman dünyası ilə əməkdaşlığın dərinləşdirilməsi istiqamətindəki təşəbbüslərinin və bu məsələdə əhəmiyyətli rol oynadığının şahidi olduğunu diqqətə çatdırdı.

Müasir dünyada ölkələrarası dostluq və əməkdaşlığın möhkəmləndirilməsinin önəminə toxunan Hulusi Kılıç görüşə görə Prezident İlham Əliyevə müsəlman ölkələrinin Azərbaycandakı səfirləri və diplomatik nümayəndəliklərinin rəhbərləri adından bir daha təşəkkürlərini çatdıraraq dedi:

- Hörmətli Prezident, mübarək Ramazan ayı və qarşıdan gələn bayram münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, hamımız üçün çox mühüm olan ayda bu gün keçirdiyimiz görüş üçün Sizə bir daha ən dərin təşəkkürlərimizi bildiririk. Sizə fəaliyyətinizdə uğurlar arzulayır, Uca Allahdan qardaş Azərbaycan xalqına və islam dünyasına bərəkət, rifah, müvəffəqiyyət, xoşbəxtlik, gücfiravan həyat diləyirik.

Prezident İlham ƏLİYEV: Çox sağ olun, təşəkkür edirəm.

 

* * *

 

Sonda xatirə şəkli çəkdirildi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 14 avqust.- S. 2.