Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbə verilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

 

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıda adları göstərilmiş hərbi qulluqçularına general-mayor ali hərbi rütbə verilsin:

 

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin rəisi polkovnik Əfqan Vəli oğlu Nağıyevə

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Maddi-Texniki Təminat Baş İdarəsi rəisinin birinci müavini - Maddi-Texniki Təminat Qərargahının rəisi polkovnik Cavid Mirhəmzə oğlu Abdullayevə

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Baş Qərargahının Dövlət Sərhədinin Mühafizəsi İdarəsinin rəisi polkovnik Azad Qaçay oğlu Ələkbərova

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 avqust 2012-ci il

 

Azərbaycan.- 2012.- 15 avqust.- S. 2.