Abadlıq və quruculuğun ünvanı - SƏBAİL

 

"Mən əminəm ki, 2013-cü ilin sonuna qədər həm bölgələrdə, həm Bakı şəhərində və onun qəsəbələrində əsas sosial-iqtisadiinfrastruktur məsələləri öz həllini tapacaqdır. Qarşıya məhz belə vəzifə qoyulmuşdur. Əminəm ki, biz bu məqsədə çatacağıq, bu vəzifəni icra edəcəyik. Çünki bu günə qədər qarşımıza qoyduğumuz bütün vəzifələr keyfiyyətlə və vaxtında icra edilmişdir".

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev iyunun 20-də "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransında söyləmişdir. Dövlət başçısı bildirmişdir ki, ölkəmizin ümumi iqtisadi inkişafı belə böyük həcmli proqramların icrasına şərait yaradır.

Ümumi sosialiqtisadi göstəriciləri təhlil etdikdə bəlli olur ki, son 8-9 il ərzində dünyada Azərbaycan kimi inkişaf edən ikinci ölkə yoxdur. Bütün iqtisadi göstəricilər buna dəlalət edir. Belə ki, ölkənin iqtisadiyyatı və sənaye potensialı üç dəfə artmış, yoxsulluq isə beş dəfə azalmışdır. Eyni zamanda işsizlik əhəmiyyətli dərəcədə azalmışdır. Bu illər ərzində ölkəmizdə bir milyondan artıq yeri açılmışdır. Bu yerlərinin mütləq əksəriyyəti daimi yerləridir.

Artıq sirr deyil ki, ölkəmizdə bütün sahələrdə gedən davamlı inkişafbu istiqamətdə müəyyənləşdirilmiş uğurlu siyasi-iqtisadi strategiya Azərbaycanı nəinki regionda, eləcə də, Avrasiya məkanında lider dövlətə çevirmişdir. Sözsüz ki, hazırkı tərəqqi Prezident İlham Əliyevin qətiyyətli, dönməz və prinsipial siyasi iradəsinin, eləcə də uzaqgörənliyinin, gələcək perspektivləri öncədən müəyyənləşdirməsinin, zamanında düzgün qərarlar qəbul edə bilməsinin bariz nəticəsidir. Bu gün Azərbaycanın sosial-iqtisadi inkişafı dayanıqlı və rəqabətə davamlı şəkildə inkişaf edir. Ölkədə 6 ay ərzində ümumi daxili məhsul 1,5 faiz,  qeyri-neft sektoru 11,3 faiz artmış, inflyasiya cəmi 2,2 faiz, əhalinin pul gəlirləri təxminən 14,2 faiz olmuşdur. Kənd  təsərrüfatı 10,4 faiz,  qeyri-neft sənayesi isə 8,3 faiz artmışdır. Ölkənin strateji valyuta ehtiyatları 44 milyard dollar təşkil  edir.

"2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrası Səbail rayonunda da uğurla həyata keçirilir. 2012-ci ilin altı ayı ərzində rayonda aparılmış abadlıq-quruculuq və yenidənqurma işləri, yeni yerlərinin açılışı, əhaliyə göstərilən sosial xidmətlərin həcmi, əldə olunan gəlirlər əvvəlki illərə nisbətən xeyli artmışdır. 

 

 İqtisadi göstəricilər

 

2012-ci ilin altı ayı ərzində Səbail rayonunun sənaye müəssisələrində 12709,9  milyon manatlıq  sənaye məhsulu istehsal edilmişdir.

Nəqliyyat müəssisələri tərəfindən 310,6 milyon manatlıq, rabitə müəssisələri tərəfindən 430,6 milyon manatlıq və ya keçən ilin müvafiq dövrünə nisbətən 17,2 faiz çox rabitə xidmətləri göstərilmişdir. Bütün maliyyə mənbələri hesabına  əsas kapitala investisiya qoyuluşu 1420 milyon manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 47,7 faiz artıqdır. Rayonun pərakəndə ticarət şəbəkəsindən əhaliyə 141,8 milyon manat məbləğində və ya ötən ilin eyni dövründən 46,7 faiz çox istehlak malları satılmışdır. Həmin dövrdə xidmət müəssisələri tərəfindən əhaliyə 125,9 milyon manatlıq pullu xidmət göstərilmişdir. Pullu xidmətlərin 88,9 faizi özəl bölmə tərəfindən həyata keçirilmişdir.

Bu dövrdə əhaliyə 33,6 milyon  manatlıq    ya  əvvəlki  ilin  eyni  dövrünə nisbətən 13,8  faiz çox  iaşə  xidmətləri  göstərilmişdir. Cari ilin əvvəlindən pullu xidmətlərin həcmi 125,9 milyon manat olmuşdur. Ümumi həcmin 56,3 faizi hüquqi şəxslərin müəssisələrində əldə edilmişbu müəssisələrdə əhaliyə 70,9 milyon manatlıq pullu xidmətlər göstərilmişdir.

Əhaliyə göstərilmiş xidmətlərin 11 faizi dövlət müəssisələrinin payına   düşmüşdür. Özəl  sektorun  müəssisələri   tərəfindən  əhaliyə  112 milyon  manatlıq    ya  2011-ci  ilin yanvar-iyun aylarına nisbətən  2 faiz az pullu  xidmətlər  göstərilmişdir. Rayonda çalışan işçilərin sayı 98793 nəfər, orta aylıq əməkhaqqının məbləği isə 938,2  manat olmuşdur ki, bu da keçən illə müqayisədə  4 faiz çoxdur.

İyul ayının əvvəlinə Səbail rayonu üzrə daimi əhalinin sayı 94324 (bundan əlavə rayonda 9177 nəfər məcburi köçkün məskunlaşmışdır) nəfər olmuşdur. Rayonda 2012-ci ilin yanvar-iyun aylarında 738 doğum və 340 ölüm halı qeydə alınmışdır.

 

 Əsaslı təmir və yeni obyektlərin açılışı

 

 2012-ci ilin əvvəlindən rayonda yerləşən bir sıra müxtəlif təyinatlı obyektlərin inşası, təmir, yenidənqurma işləri müvəffəqiyyətlə davam etdirilmiş, həmin obyektlərin açılışında və tikinti işlərinin gedişatı ilə tanışlıq mərasimlərində ölkə başçısı şəxsən iştirak etmişdir. Yanvar ayının 12-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və xanımı Mehriban Əliyeva  Bakı-Ələt avtomobil yolunun Dövlət Bayrağı Meydanına qədər olan hissəsinin tikintisi, yeni bulvarın salınması ilə bağlı görülən işlər, Dövlət Bayrağı Meydanı və onun ətrafında həyata keçirilən işlərlə tanış olmuşlar. Tanışlıq zamanı Bakı-Ələt avtomobil yolunun Dövlət Bayrağı Meydanına qədər olan hissəsinin tikintisi layihəsinin icrası ilə bağlı görülən işlər barədə dövlət başçısına məlumat verilmişdir. Burada müasir standartlara cavab verən 8 zolaqdan ibarət yüksək səviyyəli yolun inşa olunduğu bildirildi. Piyadaların rahat gediş-gəlişini təmin etmək məqsədilə yol boyu piyada keçidləri də inşa olunacaqdır.

Mart ayının 16-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "Bakıelektrikşəbəkə" ASC-nin "İçərişəhər" yarımstansiyasının açılış mərasimində  iştirak etmişdir. Mərasimdə dövlət başçısına "Bakıelektrikşəbəkə" ASC-nin "İçərişəhər" yarımstansiyası barədə məlumat verilmişdir. Qeyd olunmuşdur ki, "İçərişəhər" yarımstansiyası "Müşviq-Xırdalan" sistem yarımstansiyaları arasında yaradılmış 110 kilovoltluq ikişüalı, Bakı I Dairəvi elektrik sxeminin tərkib hissəsidir. "İçərişəhər" yarımstansiyası "Siemens" şirkətinin əməkdaşları tərəfindən quraşdırılan eleqaz izolə sistem şinli yarımstansiyadır. "İçərişəhər" yarımstansiyası şəhərin mərkəzi hissələrini, yarımstansiyanın ətrafındakı obyektlərin, yaşayış sahələrinin enerji təchizatını təmin etməklə yanaşı, həm də dairəvi sxemin yaradılmasında texniki əhəmiyyət kəsb edən və hazırda uğurla istismar olunan güc yarımstansiyasıdır. Yarımstansiyanın 35 və 6 kilovoltluq dövrələrindən qidalanan şəbəkələr, digər qovşaq yarımstansiyalarının şəbəkələri ilə əlaqələndirilərək etibarlı və dayanıqlı şəbəkə yaradılmışdır. Dövlət başçısı 40 meqavatlıq transformatoru işə salmışdır.

Aprel ayının 1-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıda beşulduzlu "CW Mariott Abşeron" hotelinin açılışında iştirak etmiş, aprelin 25-də iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general Həzi Aslanovun abidəsinin, Bakı Funikulyorunun əsaslı şəkildə yenidən qurulması, Dağüstü parkda İstiqlal Muzeyinin inşası və Dənizkənarı Milli Parkın genişləndirilməsi ilə bağlı həyata keçirilən işlərin gedişatı ilə tanış olmuşlar. May ayının 6-da dövlət başçısı "Hilton-Baku" hotelinin qarşısındakı parkın abadlıq və quruculuq işlərindən sonrakı vəziyyəti ilə tanış olmuş, may ayının 9-da isə İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 67-ci ildönümü münasibəti ilə Dağüstü parkda təşkil olunan təntənəli mərasimdə iştirak etmişdir. May ayının 23-də əsaslı təmir və yenidənqurmadan sonra Bakı Funikulyoru istifadəyə verilmişdir. Açılış mərasiminə Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva da qatılmışdır. Sonra dövlət başçısı və xanımı Azneft döngəsində, Mikayıl Useynov küçəsində inşa olunmuş yeraltı piyada keçidinin açılışında iştirak etmişlər. Açılış mərasimində ölkə başçısına məlumat verilmişdir ki, uzunluğu 54, eni 5 metr olan yeraltı keçid "Bəhram Gur" abidəsi tərəfdən Dənizkənarı Milli Parkı və yeni inşa olunan Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti  Dövlət Muzeyi istiqamətinə keçən piyadaların rahat gediş-gəlişinin təmin edilməsinə xidmət göstərəcəkdir. Yeraltı piyada keçidində müasir işıqlandırma sistemi quraşdırılmış, inşaat işləri zamanı burada mövcud olan kommunikasiya sistemi yenilənmişdir.

Sonra Prezident və xanımı Mehriban Əliyeva Dənizkənarı Milli Parkda xüsusi memarlıq üslubunda inşa olunan Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin fasadına baxmışlar. Dövlət başçısı və xanımı Dənizkənarı Milli Parkın "Venesiya" adlanan ərazisində həyata keçirilən abadlıq və quruculuq işlərinin gedişi ilə maraqlanmışlar.

Mayın 28-də Azərbaycan Prezidenti cənab İlham Əliyev Respublika Günü münasibəti ilə İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət etmişdir. Həmin gün Dənizkənarı Milli Parkda "Kiçik Venesiya şəhərciyi" adlanan ərazi əsaslı yenidənqurmadan sonra istifadəyə verilmişdir. Açılış mərasimində ölkə başçısı cənab İlham Əliyev iştirak etmişdir.

 

Dövlət proqramının icrası

 

 İyun ayının 20-də Bakı Şəhər İcra Hakimiyyətində Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfrans keçirilmişdir. Konfransda geniş nitqlə çıxış edən ölkə başçısı Bakı şəhərinin qəsəbələrinin gələcək sosial-iqtisadi inkişafı istiqamətində müvafiq qurumlar qarşısında bir sıra vəzifələr qoymuşdur.

Konfransdan dərhal sonra Prezident İlham Əliyevin 22 iyun 2012-ci il tarixli sərəncamı ilə "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın Əlavə Tədbirlər Planı təsdiq olunmuşbu plana uyğun olaraq Səbail rayonunda təhsil sahəsi üzrə 6 bənd, əhalinin təhlükəsizliyi tədbirləri üzrə isə 5 əlavə bənd dövlət proqramına salınmışdır. Belə ki, təhsil sahəsi üzrə 2012-2013-cü illərdə rayondakı 7, 163 saylı orta məktəblərin binalarının, 190 saylı orta məktəbin aktidman zalının, 157 saylı uşaq bağçasının, "Turac" uşaq bağçasının binalarının əsaslı təmiri, 70 saylı uşaq bağçasının əsaslı təmiri və əlavə musiqi zalı və 3 otağın tikintisi, əhalinin təhlükəsizlik tədbirləri üzrə 2012-2013-cü illər ərzində Bibiheybət qəsəbəsində və Badamdar qəsəbəsində  yanğından mühafizə bölməsinin tikintisi, həmçinin Badamdar qəsəbəsi 1-ci, 2-ci və 3-cü yaşayış massivlərində hər birinin həcmi 100 kubmetr olan 3 ədəd yanğına qarşı su hovuzlarının tikintisi nəzərdə tutulmuşdur.

İyunun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səbail rayonunun Badamdar qəsəbəsində Heydər Əliyev Parkının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olmuşdur. Dövlət başçısına  məlumat verilmişdir ki, Prezident Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlərlə tanışlıq çərçivəsində Badamdarda olarkən qəsəbə sakinləri buradakı Heydər Əliyev Parkının əsaslı şəkildə yenidən qurulması ilə əlaqədar dövlət başçısına müraciət etmişdilər. Prezident İlham Əliyev parkın yenidən qurulması ilə bağlı göstərişlər vermişdi. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq parkda təmir və yenidənqurma işlərinin aparılması məqsədi ilə xüsusi layihə hazırlanmış və yenidənqurma işlərinə başlanmışdır.

 

 Abadlıq-quruculuq və yenidənqurma işləri

 

Hazırda rayonda bir sıra dövlət əhəmiyyətli iri obyektlərin tikintisi  aparılır, bir sıra obyektlərdə təmir-bərpa işləri davam etdirilir. Bu gün rayon ərazisində Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün yeni binanın, Parlament prospektində "Alov qüllələri" kompleksinin, Neftçilər prospektində  "Four Seasons" mehmanxanasının, Zərifə Əliyeva küçəsində "İş Adamları Mərkəzi"nin, Badamdar qəsəbəsində MTN-nin yeni hospitalının və  Oksford məktəbi üçün yeni tədris korpusunun, İncəsənət Muzeyi üçün keçid korpusunun, "Azadlıq" Meydanında yeraltı və Fəvvarələr Meydanında yerüstü qarajların tikintisi aparılır.  Bayraq Meydanına uzanan magistral yolda yeni yeraltı keçidlər inşa olunur. Badamdar qəsəbəsində yeni su anbarlarının, mərkəzdə "Cənub" mehmanxanasının sökülərək yerində 7 mərtəbəli yeni mehmanxananın tikintisi işləri aparılır,  Mikayıl Usenyov küçəsində Dövlət Yanğından Mühafizə Xidmətinin Səbail rayon şöbəsinin yeni inzibati binasının və deponun inşası başa çatmaq üzrədir.  

20-ci yaşayış sahəsində Dövlət Neft Şirkəti "Neftçi" İdman-Sağlamlıq Mərkəzinin "Bibiheybət" stadionu  əsaslı şəkildə yenidən qurulur, burada AFFA tərəfindən  3200 yerlik yeni stadion və inzibati bina inşa edilmişdir. İşlərin bu ilin avqust ayına kimi başa çatması nəzərdə tutulmuşdur.

Dövlət Filarmoniyasının binasındakı təmir başa çatmış, Dövlət Musiqili Komediya Teatrının  binasının,  Səməd Vurğunun ev-muzeyinin əsaslı təmiri aparılır, mərkəzdə yaşayış binalarının fasadlarının  üzlənməsi və təmiri başa çatmaq üzrədir.

Ölkə başçısının sərəncamına əsasən Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fonduna ayrılan maliyyə vəsaiti hesabına Səbail rayonu ərazisində, Əhəd Yaqubov küçəsində kütləvi informasiya vasitələri işçiləri üçün 16 mərtəbəli, 146  mənzilli yeni binanın tikintisinə qərar verilmiş, hazırda burada tikinti işləri gedir və 2013-cü ilin sentyabr ayında bina istifadəyə veriləcəkdir.

Hazırda rayondakı Şəhidlər xiyabanı kompleksinin bir hissəsində əsaslı təmir-yenidənqurma işləri və "İstiqlal" muzeyinin tikintisi aparılır.

Abidələrin bərpa və konservasiyası üzrə Master Plana uyğun olaraq   Avstriyanın "Remmers" şirkəti tərəfindən paytaxtın ən məşhur tarixi abidəsi, Səbail rayonunun rəmzi olan Qız qalasında mərhələlərlə bərpa və konservasiya işləri aparılır, bərpa işlərinin 2013-cü ilin sonuna kimi yekunlaşdırılması nəzərdə tutulmuşdur. May ayında Bakı şəhərində keçirilmiş 57-ci "Eurovizion" mahnı müsabiqəsinə hazırlıqla bağlı rayon ərazisində genişmiqyaslı işlər həyata keçirilmişdir. Dövlət Bayrağı Meydanı yaxınlığında Almaniya şirkətləri tərəfindən tikilmiş 23 min tamaşaçı yerlik "Baku Cyustal Hall"un ətrafında sürətlə abadlıq-quruculuq işləri aparılmış, yol ətrafları abadlaşdırılmış, yeni infrastruktur yaradılmışdır.

Dövlət başçısı cənab İlham Əliyev tərəfindən respublikamızın bütün regionlarında, o cümlədən paytaxtımız Bakı şəhərində həyata keçirilən sosialyönümlü layihələri, görülən genişmiqyaslı işləri respublika vətəndaşları böyük razılıq və minnətdarlıq hissi ilə qarşılayırlar. Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı məsələləri daimi olaraq Prezident İlham Əliyev tərəfindən diqqət mərkəzində saxlanılır.

Beləliklə, 2012-2013-cü illər ərzində həyata keçiriləcək əlavə tədbirlər Səbail rayonunun da sosial-iqtisadi inkişafına öz töhfəsini verəcəkdir.

 

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2012.- 16 avqust.- S. 4.