Rusiya Federasiyası Hökuməti sədrinin müavini ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmişdir

 

Rusiya Federasiyası Hökuməti sədrinin müavini Dmitriy Roqozin Azərbaycana işgüzar səfəri çərçivəsində avqustun 16-da Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə gül dəstələri qoymuşdur.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad olunmuş, məzarı üzərinə gül dəstəsi qoyulmuşdur.

Dmitriy Roqozin səfər çərçivəsində, həmçinin Rus Pravoslav kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının arxiyepiskopu Aleksandr ilə görüşmüşdür.

Rusiya Federasiyası Hökuməti sədrinin müavini Dövlət Bayrağı Meydanı ilə də tanış olmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 17 avqust.- S. 3.