Müslüm Maqomayevin dahiliyi ilk növbədə onun şəxsi keyfiyyətində idi

 

"Müslüm Maqomayevin dahiliyi ilk növbədə onun şəxsi keyfiyyətində idi. Onun alicənablığı, fenomenliyi, daxili gözəlliyi musiqisində, səhnəyə çıxışında, ümumiyyətlə, hər bir şeydə özünü büruzə verirdi".

AzərTAc xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində tanınmış müğənni və bəstəkar Emin Ağalarov demişdir.

Emin Ağalarov demişdir ki, Müslüm Maqomayev kimi ulduzlar bir daha dünyaya gəlməyəcəkdir. Həqiqi yaradıcılıq heç zaman unudulmur, ildən-ilə yeni güc, yeni enerji əldə edir. Eləcə də Müslüm Maqomayevin 30-40 il bundan əvvəl yazılmış mahnılarını ildən-ilə biz daha tez-tez dinləyir və onlardan öyrənirik.

 

 

Azərbaycan.- 2012.- 19 avqust.- S. 5.