Azərbaycan Prezidenti İlham Əliyevin Belarusa rəsmi səfəri

 

Minsk Milli Aeroportunda rəsmi qarşılanma mərasimi

 

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 28-də Belarusa rəsmi səfərə gəlmişdir.

Minsk Milli Aeroportunda Azərbaycan Prezidentinin rəsmi qarşılanma mərasimi olmuşdur.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Milli geyimli qızlar dövlətimizin başçısına duz-çörək gül dəstəsi təqdim etdilər.

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.

Azərbaycanın Belarusun dövlət himnləri səsləndi.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.

Belarusun dövlət hökumət nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Belarus Prezidenti Aleksandr Lukaşenkoya təqdim olundu. 

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 29 avqust.- S. 1.