Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş «İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı»nda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nı "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2012-ci il 12 iyun tarixli 380-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

 Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 9, maddə 872; 2008, ¹ 3, maddələr  169, 186, ¹ 5, maddə 364, ¹ 6, maddələr 483, 504, ¹ 12, maddə 1057; 2009, ¹ 2, maddələr  59, 69, 73,  ¹ 5, maddə 321, ¹ 6, maddə 421; 2010,

¹ 2, maddə 80, ¹ 3, maddələr 180, 184, 193,  ¹ 6, maddə 494, ¹ 7, maddə 606, ¹ 8, maddələr 716, 725, ¹ 10, maddə 849; 2011, ¹ 6, maddə 512,

¹ 9, maddə 792; 2012, ¹ 3, maddə 200, ¹ 5, maddə 421) ilə təsdiq edilmiş "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nda aşağıdakı dəyişikliklər edilsin:

1.   2.1-ci və 2.5-ci bəndlərdə "69-cu," sözlərindən sonra "104.3-cü, 104.4-cü," sözləri əlavə edilsin.

2.   2.9-cu bənddə "Məcəllənin 69-cu maddəsində," sözlərindən sonra "104.3-cü, 104.4-cü maddələrində" sözləri əlavə edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 noyabr 2012-ci il

Azərbaycan.-2012.- 1dekabr.- S.2.