«Azərbaycan-Macarıstan: mədəniyyətlərin dialoqu» mövzusunda

 VII Beynəlxalq konfrans keçirilmişdir

 

Azərbaycanın Macarıstandakı səfirliyində "Azərbaycan-Macarıstan: mədəniyyətlərin dialoqu" mövzusunda VII Beynəlxalq konfrans keçirilmişdir.

Builki beynəlxalq konfrans Azərbaycan ilə Macarıstan arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyinə həsr edilmişdir.

Konfransı giriş sözü ilə Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev açmışdır.

Macarıstanın Baş naziri ofisinin beynəlxalq əlaqələr üzrə dövlət katibi Piter SiyyartoYeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı  Əli Əhmədov konfrans iştirakçılarına təbrik nitqi ilə müraciət etmişlər.

Daha sonra konfrans öz işini bölmələr üzrə davam etdirmişdir.

Səfir Vilayət Quliyevin moderatorluğu ilə keçən birinci bölmədə Macarıstan Xarici İşlər Nazirliyi (XİN) Qafqaz və Mərkəzi Asiya departamentinin rəisi, Macarıstanın Azərbaycanda akkreditə olunan ilk səfiri Erne Keşkeni, Macarıstan parlamentinin beynəlxalq əlaqələr komitəsi sədrinin müavini, Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Marton Döndöşü, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının rektoru,  akademik Urxan Ələkbərov, defense.security internet portalının naşiribaş redaktoru, siyasi şərhçi Peter Dunai, Azərbaycanın Macarıstandakı səfirliyinin müşaviri Anar İmanov diplomatik əlaqələrin müxtəlif aspektlərinə dair məruzələrlə çıxış etmişlər.

Akademik Urxan Ələkbərovun sədrliyi ilə keçən ikinci bölmədə "Avrasiya" jurnalının baş redaktoru, tarixçi-şərqşünas Borbola Obruşanskanın, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, tarix elmləri doktoru Musa Qasımlının, Budapeştdəki Eötvöş Lorand Universitetinin dosenti, azərbaycanşünas alim Mariya Keneşinin, AZER-GLOBE İctimai-Siyasi Tədqiqatlar İnstitutu Qafqaz tarixi mərkəzinin rəhbəri Şəlalə Həsənovanın, Macarıstan EA-nın akademiki, Eötvöş Lorand Universitetinin hüquq fakültəsinin dekanı Həmzə Qaborun Azərbaycan-Macarıstan münasibətlərinin tarixi aspektlərinə həsr olunmuş məruzələri dinlənilmişdir.

Tanınmış macar hüquqşünası, akademik Həmzə Qaborun sədrlik etdiyi üçüncü bölmə Azərbaycan-Macarıstan münasibətlərinin hüquqi, iqtisadi, siyasi aspektlərinə və təhlükəsizlik məsələlərinə həsr olunmuşdur. Bu bölmədə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin xarici siyasətin təhlili departamentinin direktoru Rövşən İbrahimov, Macarıstan XİN-in Elmi-Tədqiqat İnstitutunun icraçı direktoru Erjebet Roza, Azərbaycan Diplomatik Akademiyasının əməkdaşı Lalə Cumayeva və Macarıstanın Gənc Sahibkarlar Assosiasiyasının prezidenti Partik Kovaç məruzə etmişlər.

Səfir Vilayət Quliyev beynəlxalq konfransın işinə yekun vurmuşdur.

Konfransın işində Budapeştdə akkreditə olunan diplomatik korpusun təmsilçiləri, Macarıstan parlamentinin deputatları, Macarıstanın elm və mədəniyyət xadimləri, Azərbaycan diasporunun nümayəndələri iştirak etmişlər.

Konfransın işi Macarıstanın elektron KİV-sində geniş işıqlandırılmışdır.

Tədbir çərçivəsində səfirliyin xətti ilə son bir il ərzində çap olunmuş kitabların təqdimat mərasimi keçirilmişdir.

 

 

Pərvanə QARAYEVA,

AzərTAc-ın xüsusi müxbiri

Budapeşt

Azərbaycan.-2012.- 1 dekabr.- S.5.