Sumqayıt Dövlət Universitetində elmi konfrans keçirilmişdir

 

Sumqayıt Dövlət Universitetində Riyaziyyatın tətbiqi məsələləri yeni informasiya texnologiyaları II respublika elmi konfransı keçirilmişdir.

Konfransı universitetin rektoru, professor N.Qəhrəmanov açaraq bildirdi ki, ali məktəbin 50 illik yubileyi ərəfəsində təhsil ocağının 16 əməkdaşının fəxri adlara medallara layiq görülməsi ölkə başçısı tərəfindən elm təhsil işçilərinə verilən ən yüksək qiymətdir.

Natiq vurğuladı ki, cari il ərzində universitetdə 2 beynəlxalq, 5 respublika konfransı keçirilib. İnformasiya kommunikasiya texnologiyalarının inkişafı ölkəmizdə prioritet sahələrdəndir. Bu gün həyatımızı bu texnologiyalar olmadan təsəvvür etmək mümkün deyil. AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun Azərbaycan Müəllimlər İnstitutunun bir sıra bölgələrdəki filiallarının əməkdaşlarının da bu tədbirə qatılması konfransın əhəmiyyətini daha da artırır.

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Əlövsət Əliyevin, AMEA-nın Riyaziyyat Mexanika İnstitutunun professoru Tahir Hacıyevin, Sumqayıt Dövlət Universitetinin professoru Fazil Ələkbərlinin müxtəlif mövzularda məruzələri böyük maraqla qarşılandı.

Daha sonra konfrans öz işini bölmə iclaslarında davam etdirdi, mövzunun ayrı-ayrı istiqamətləri ilə əlaqədar məruzələr dinlənildi.

Sonda universitetin elmi işlər üzrə prorektoru, professor Yadigar Hüseynov  elmi konfransda  aparılan müzakirələrin əhəmiyyətindən danışdı.

 

 

Akif ƏLİYEV,

Azərbaycan.-2012.- 1 dekabr.- S.6.