Akademik Ramiz MEHDİYEV: Sülhinkişaf Azərbaycan

 dövlətinin strategiyasının təməlini təşkil edir

 

Sülhinkişaf Azərbaycan dövlətinin strategiyasının təməlini təşkil edir.

Bu sözləri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev dekabrın 3-də jurnalistlərə müsahibəsində söyləmişdir.

Akademik Ramiz Mehdiyev bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizin gələcəyi ilə bağlı çox geniş planları vardır. Bugünkü konfrans da "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası ilə əlaqədardır, Prezident İlham Əliyevin imzaladığı sərəncamla bağlıdır. Artıq bu ilin sonunadək həmin Konsepsiya hazırlanıb başa çatdırılacaq, müzakirəyə çıxarılacaq, sonra da imzalanmaq üçün Prezidentə təqdim olunacaqdır.

 

 AzərTAc

Azərbaycan.-2012.- 4 dekabr.- S.1.