Tarixi təhrif etməyə yönələn cəhdlərə layiqli və sanballı cavab

 

Akademik Ramiz MEHDİYEV: "Şah İsmayıl Azərbaycan tarixində ilk dəfə olaraq azərbaycanlıların bütün səviyyələrdə üstün yer tutduğunu təsdiq edən dövlət yaratmışdı"

 

 Azərbaycan xalqının 5 min illik dövlətçilik tarixi var. Buna görə də xalqımız dünyanın ən qədim dövlətçilik tarixinə malik xalqları ilə bir sırada dayanır. Azərbaycan ərazisində ilk dövlət qurumlarının eramızdan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəllərindən başlayaraq Urmiya hövzəsində yaranması ilə bağlı tarixi dəlillər mövcuddur. Həmin dövlətlər qədim Şumer, AkkadAssuriya, habelə Kiçik Asiyadakı Net dövləti ilə sıx qarşılıqlı əlaqələr qurmuşlar. Qədim Şərq dövlətçiliyi tarixində xüsusi rolu olmuş Azərbaycan dövlət qurumları sırasında Lullubi və Kutilərin də adını qeyd etmək yerinə düşərdi. Azərbaycan torpaqlarında dövlət idarəçiliyi mədəniyyətinin, eləcə də vahid xalqın təşəkkülü rrosesində mühüm rol oynamış dövlətlərdən eramızdan əvvəl I minillikdə - bizim eranın I minilliyinin əvvəllərində mövcud olmuş Manna dövlətinin, İskit (Skit, Skif) şahlığının, AtroratenaAlbaniya dövlətlərinin də adlarını çəkmək olar. Kimmer-İskit-Sak torlumunun tərkibində əsas üstünlüyü türk torlumları təşkil edirdi.

Türk tayfalarını başqa xalqlaretnik qrurlardan fərqləndirən əsas cəhət onların Azərbaycanın bütün ərazisinə yayılması və bu ərazidə güclü rola malik olmasından ibarət idi. Bu üstünlük eramızın ilk yüzilliklərindən başlayaraq türk dilini təbii şəkildə Azərbaycan ərazisində yaşayan sayca az etnik qrurların arasında başlıca ünsiyyət vasitəsinə çevirmişdi. Bu xüsusiyyətinə görə türk dili Şimalla Cənub arasında birləşdirici ünsiyyət funksiyasını öz üzərinə götürmüşdü. Türk dilinin belə bir inkişaf səviyyəsinə çatması o dövrdə vahid xalqın təşəkkülü rrosesində çox mühüm rol oynadı.

Tarix sübut edir ki, hər hansı xalqın təşəkkül tapması və qarşıya qoyduğu konkret hədəflərə doğru irəliləməsi prosesində milli dövlətin mövcudluğu ən mühüm şərtlərdən biridir: əsrlər boyu özünütəsdiq imkanı əldə etməyə çalışan hər bir xalq ilk növbədə milli dövlətini yaratmağa çalışmışdır. Milli dövlətə sahib olmaq eyni zamanda hər bir xalqın mənəvi, siyasi, iqtisadi potensialını, keçdiyi şərəfli mübarizə yolunu, dünya dövlətləri sırasında layiqli yer tutmaq əzmini nümayiş etdirmişdir. Böyük dövlət xadimi Uzun Nəsənin hakimiyyəti illərində (1468-1478) Ağqoyunlu imreriyası bütün Üaxın və Orta Şərqdə qüdrətli hərbi-siyasi amilə çevrilmişdi. Bu dövlətin mövcudluğu ilə Azərbaycanın dövlətçilik mədəniyyəti daha da inkişaf etmişdi.

Uzun Nəsənin nəvəsi, görkəmli dövlət xadimi Şah İsmayıl Xətai (1501-1524) Şimallı-Cənublu bütün Azərbaycan torraqlarını öz hakimiyyəti altında birləşdirə bildi. Paytaxtı Təbriz şəhəri olan vahid, mərkəzləşdirilmiş Azərbaycan- Səfəvi dövləti meydana gəldi. Səfəvilərin hakimiyyəti dövründə Azərbaycanın dövlət idarəçiliyi, mədəniyyəti daha da yüksəldi. Azərbaycan dili dövlət dili elan edildi. Səfəvi hökmdarlarının həyata keçirdikləri uğurlu islahatlar, yürüdülən ağıllı daxilixarici siyasət nəticəsində Səfəvi dövləti Üaxın və Orta Şərqin ən qüdrətli imreriyalarından birinə çevrildi. Geniş ərazili Səfəvi imreriyasını idarə etmək üçün mükəmməl dövlət idarəçiliyi mexanizmi yaradıldı. Səfəvi hökmdarları dünyəvi hakimiyyətlə yanaşı, dini hakimiyyətə rəhbərlik missiyasını da öz üzərlərinə götürdülər. Bununla mərkəzi hakimiyyət daha da qüvvətləndirildi. Şah sarayında Ali Məşvərət Məclisi və ya Ali Səltənət Şurası ("Məclisi-əla") fəaliyyət göstərirdi. Mərkəzi və yerli idarəetmə orqanlarının işini tənzimləyən mükəmməl bir sistem yaradılmışdı. Ölkə ərazisindəki bütün məhkəmə işlərinə Ali Divan nəzarət edirdi. Səfəvi hakimiyyətinin ordusu dünyanın ən qüdrətli ordularından biri kimi tanınırdı. Şah İsmayılın hakimiyyəti dövründə bütün Üaxın və Orta Şərqdə Azərbaycan dilinin rolu daha da artdı. Səfəvi sarayına gəlmiş xarici ölkə elçiləri ilə dirlomatik danışıqlar, bir qayda olaraq, Azərbaycan dilində ararılırdı. Səfəvilərin hakimiyyəti dövründə Azərbaycan Qara dəniz və Aralıq dənizi hövzəsi ölkələrindən başlamış uzaq İngiltərə və Skandinaviyaya qədər bir çox Avrora dövlətləri ilə dirlomatik əlaqələr saxlayırdı. Səfəvilərin hakimiyyəti zamanında Azərbaycan Şərqlə Qərb arasında qarşılıqlı əlaqələrin təmin edilməsində mühüm rol oynayırdı.

Azərbaycanı müstəqilliyə aparan yol nə qədər keşməkeşli, əzab-əziyyətli olsa belə, bu tarixi həqiqət bütün azərbaycanlılarda qürur və fəxarət hissi doğurur. Təəssüflər olsun ki, zaman-zaman Azərbaycan və onun tarixi haqqında yanlış, elmi əsası olmayan təsəvvürlər yaratmağa uğursuz cəhdlər olub. Bədxah qonşumuz ermənilər bu sırada ön cərgədə yer alsalar da, bəzi yerli "tədqiqatçı"ların da ara-sıra erməni dəyirmanına su tökən məqalələrinə rast gəlinir. Lakin həmin cızmaqaraçılar unudurlar ki, Azərbaycan Səfəvilər dövləti ilə bağlı sanballı elmi-tədqiqat işləri hələ sovet dövründə aparılmış və alimlər birmənalı olaraq məsələdə yekdil mövqe ortaya qoymuşlar ki, bu dövləti sırf türk mənşəli sülalə idarə etmişdir. İ.P.Petruşevski, O.F.Akimuşkin, V.V.Bartold, A.Y.Krımski, V.F.Minorski, O.Əfəndiyev, S.Məmmədov və başqalarının elmi əsərlərində Səfəvilərin Azərbaycan dövləti olması tam sübuta yetirilmişdir.

Dövlətin qurucusu Şah İsmayıl Xətainin irsinin öyrənilməsi və tanıdılması baxımından adıçəkilən alimlərin əsərlərinin elmi fakt olması bu məsələdə nala-mıxa vuran "tədqiqatçı"ların mülahizələrini alt-üst edir. Uzun müddət bəzi İran tarixçiləri də Səfəvilərin türk mənşəli sülalə tərəfindən idarə olunması məsələsində fərqli mövqe sərgiləyərək yanlış mülahizələr irəli sürmüşlər. Ancaq tarixi məxəzlər və danılmaz faktoloji materiallar onların da subyektiv mövqedən çıxış etdiklərini göstərdi. Etiraf olunmalıdır ki, Azərbaycan Səfəvilər dövlətinin qurucusu, görkəmli gövlət xadimi, istedadlı sərkərdə Şah İsmayıl Xətai şəxsiyyəti ilə bağlı elmi tutumlu məqalələr, tədqiqat işləri arzuolunan səviyyədə deyil. Bu dövlətin ali rəhbərliyində olan Şah İsmayılın Azərbaycan torpaqlarının birləşdirilməsi uğrunda apardığı mübarizə ilə, iqtisadi, mədəni sahədə həyata keçirdiyi islahatlarla bağlı lazımi tədqiqat işləri aparılmayıb. Müstəqillik dövründə Azərbaycan Səfəvilər dövləti və onun yaradıcısı Şah İsmayılla bağlı yazılan bəzi məqalələrdə isə müəlliflərin subyektivliyinə və yanlış müddəalarına rast gəlmək olur. Həmin "alimlər"in belə qərəzli mövqedən çıxış etmələri Şah İsmayıl Xətai şəxsiyyətini hələ də düzgün dərk etməmələrindən irəli gəlir.

Həmin cızmaqaraçıların məqalələrində Səfəvilər dövlətinin yaranması tarixinə dair məsələlər heç də həmişə düzgün qoyulmurciddi elmi meyarlara uyğun gəlmir. Bu problem barədə yazmaq məsuliyyətini öz üzərinə götürmüş bəzi müəlliflərin baxışları bir sıra hallarda birtərəfli və subyektiv xarakter daşıyır. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin bu günlərdə mətbuatda dərc edilən "Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi" adlı geniş məqaləsində bu məsələlərə ətraflı toxunulmuşdur: "Orta əsrlərdə və ən yeni tarixdə bəzi müəlliflər lap əvvəldən Şah İsmayılın həqiqi məqsədlərini inkar etmək yolunu seçmiş, bu böyük şəxsiyyətə münasibətdə qərəzli mövqe tutmuşlar. Bu müəlliflərin subyektivliyi ondan ibarətdir ki, onlar çoxsaylı mənbələrdəki məlumatların tənqidi şəkildə seçilməsi və sistemləşdirilməsinə etinasızlıq göstərir, nəticədə XV əsrin ikinci yarısının və XVI əsrin ilk rübünün tarixinin öyrənilməsinə obyektiv yanaşmırlar.

Ayrı-ayrı əsərlərdə faktların elmiliyə və tarixi təfəkkürə üstün gəlməsi hiss olunur ki, bu da qərəzli məlumatlardan maksimum istifadə edilməsinin və onların kompilyativ şəkildə sistemləşdirilməsinin nəticəsidir. Məlumdur ki, orta əsr Şərq mənbələrinin bəzilərində ayrı-ayrı hökmdarların fəaliyyəti mədh edildiyi halda, digərləri onlara qara yaxmağa, dövləti işlərdə onların rolunu azaltmağa yönəlmişdi. Mənbələrdən qeyri-tənqidi şəkildə istifadə edilməsi isə ayrı-ayrı şəxsiyyətlərin dövlətin tarixində yerinin yanlış qiymətləndirilməsinə, dövrün meyillərinin, ictimai-iqtisadi amillərin əhəmiyyətinin təkzib olunmasına gətirib çıxarır. Tarixi detalların fetişləşdirilməsi heç də həmişə baş verən hadisələrin obyektiv mənzərəsini, tarixi proseslərin dərinliyini görməyə imkan vermir".

 Akademik Ramiz Mehdiyevin yeni məqaləsi həm də Azərbaycan tarixinə qara ləkə yaxmaq istəyən, onu təhrif etməyə çalışan bədxahlara ən layiqli cavab kimi də dəyərləndirilə bilər. Akademik həmin məqalədə Azərbaycan tarixinə ekskurs etmiş, bu coğrafi arealda tarixən türk etnoslarının üstünlük təşkil etdiyini tarixi faktlarla göstərmiş, eyni zamanda Azərbaycan tarixində həm siyasi, həm də mədəni və elmi sahələrdə dərin iz qoyan parlaq şəxsiyyətlər barədə geniş məlumat vermişdir. Məqalədə göstərilir: "Şah İsmayılın səyləri ilə Azərbaycan amili otra əsrlərdə siyasi elitanın və müsəlman Şərqində Azərbaycanın ziyalı təbəqəsinin simasında öz siyasi təşəkkülünü tapdı. Artıq o vaxt bu amil müasir dövrdə bizim "azərbaycançılıq" ideyası kimi qavradığımız fenomeni formalaşdırdı.

Şah İsmayıl fəlsəfəsində Azərbaycan amili xüsusi ideoloji konstruksiya kimi xalqın daxili tələbatının ödənilməsinə, onun spesifik maraqlarının təmin edilməsinə yönəlmişdi. Əgər o dövr üçün işlədilə bilərsə, "azərbaycançılıq", bir növ, milli identifikasiya forması kimi çıxış etməyə başlamışdı. İndi azərbaycançılıq ideyasının məzmunu həm ölkə daxilində dövlətçilik məsələlərinin həllinə, həm də onun hüdudlarından kənarda maraqların qorunmasına yönəlmiş yeni mənalarla zənginləşmişdir. Lakin həmin illərdə olduğu kimi, elə amillər var ki, onların təsiri altında bu ideya indiyə qədər saflaşır. Həmin illərdə olduğu kimi, azərbaycançılıq ideyası dövlət müstəqilliyinin güclənməsinə və dövlət suverenliyinin möhkəmlənməsinə xidmət edir".

Azərbaycanın inkişaf tarixinin dinamikası belə bir fikri təsdiq edir ki, məhz Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonrakı dövr, əslində, respublikamızı müstəqil dövlət quruculuğuna aparan yol olmuşdur. Heydər Əliyevin böyük əməyinin nəticəsində həyata keçirilən dəyişikliklərin həcminə, ictimai-iqtisadi islahatların səciyyəsinə görə ötən əsrin 70-80-ci illəri Azərbaycanın tarixində ən parlaq səhifələr təşkil etmişdir. 70-ci illərdən başlanan iqtisadi inkişaf, milli-mədəni dirçəliş, milli özünüdərk duyğularının, milli ruhun yüksəlişi xalqımızın illərdən bəri qəlbində yaşatdığı milli dövlətçilik ideyasının milli-azadlıq mübarizəsində əsas hərəkətverici qüvvəyə çevrilməsində mühüm zəmin oldu. 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində müstəqillik uğrunda mübarizənin yüksəlişi Heydər Əliyevin rəhbərliyinin birinci mərhələsində əldə edilmiş iqtisadi canlanmamilli mübarizlik ruhunun təşəkkülü nəticəsində mümkün oldu.

Totalitar sistemin elm və mədəniyyət xadimlərinə, ziyalılara qarşı ağır təzyiqləri, təqib və təhdidləri Sovetlər İttifaqının bir çox başqa respublikalarında özünü aşkar hiss etdirdiyi halda, qorxmaz, cəsur, möhkəm iradə sahibi olması sayəsində Heydər Əliyev Azərbaycanda yaradıcı insanlar üçün sərbəst düşünmək və düşündüyünü tam ifadə edə bilmək, alt qatda isə milli-mənəvi ideala, Azərbaycanın dövlətçilik tarixində suverenliyi, müstəqilliyi təmin edən dəyərlərə aparan yolları tapmaq imkanı verən bir şərait yaratmışdı. Heydər Əliyev Azərbaycan xalqının tarixi keçmişində, mənəvi mədəniyyəti tarixində iz qoymuş böyük şəxsiyyətlərin abidəyə çevrilməsinin xalqın milli varlığına, milli duyğularının güclənməsinə son dərəcə müsbət təsir edəcəyini çox gözəl bilirdi. Heydər Əliyevin mədəniyyətimizə, tariximizə dərin ehtiram nümayiş etdirərək göstərdiyi qayğı sayəsində Bakının ən görkəmli yerlərində xalqımızın milli varlığının daşıyıcısı olan böyük insanların əzəmətli heykəlləri ucaldılmış, tarixi şəxsiyyətlərin hər biri üçün bir mədəniyyət mərkəzinə çevrilən ev-muzeyləri yaradılmışdır.

Heydər Əliyevin rəhbərliyi ilə 1969-1982-ci illərdə Azərbaycandakı intibahı şərtləndirən amillərdən biri respublikada təhsilin inkişafına xüsusi diqqət yetirilməsi, gəncliyin ana dilində təhsilinə üstünlük verilməsi olmuşdur. Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsindən sonrakı dövr milli özünüdərkin, milli özünəqayıdışın başlanğıcı kimi qəbul edilir. Tarix məhz bu dövrdən etibarən başlanan Heydər Əliyev idarəetmə fəlsəfəsinin başlıca ideya-siyasi istiqamətini də məhz xalqın milli özünüifadəsinin bütün forma və vasitələrinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi və milli şüurun yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi təşkil edir. Ulu öndərin respublikaya rəhbərlik etdiyi ilk günlərdən Azərbaycanın görkəmli şəxsiyyətlərinin yubileylərinin müntəzəm surətdə qeyd olunması bir ənənə halını almış, bu isə Azərbaycan xalqının ümummilli problemləri ilə sıx bağlı olub milli ruhun, milli özünüdərkin yüksəlişi, xalqın tarixi yaddaşının özünə qaytarılması, müstəqil dövlətçilik ideyalarının gerçəkləşməsi üçün zəmin yaratmışdı.

İndiki dövrdə Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, onun xarici iqtisadi əlaqələrinin sistemli olaraq genişlənməsi və dünya iqtisadiyyatına daha dərin bir şəkildə inteqrasiya prosesi hələ 1970-1980-ci illərdə Heydər Əliyev tərəfindən təməli qoyulmuş potensiala əsaslanır. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev "Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi" adlı geniş məqaləsində haqlı olaraq vurğulayır: "Dünya tarixinin təcrübəsi göstərir ki, dövlət quruluşunun istənilən formasında əgər dövlət başçısı postuna liderlik keyfiyyətləri olan şəxsiyyət gəlirsə, bir qayda olaraq o, xalqının həyatı və inkişafında aparıcı rol oynayır. Siyasi xaosbirliyin olmadığı vaxtda dövlət sükanı arxasına keçən Şah İsmayılın şəxsiyyəti və əməlləri dünya nizamının dağıldığı dövrdə xalq tərəfindən dövlət başçısı postuna çağırılmış Heydər Əliyevin şəxsiyyəti ilə çox baxımdan oxşardır. Məhz belə dövlət xadimlərinin zəkası və istedadı sayəsində millət öz müstəqilliyinə və suveren dünyagörüşünə nail olur. Siyasi düha keyfiyyətlərinin təzahürü və əsl vətənpərvərlərin qələbəsi bu deyilmi?"

 

 

Elnur HACALIYEV,

siyasi elmlər üzrə fəlsəfə doktoru

Azərbaycan.-2012.- 7 dekabr.- S.3.