Baş Prokurorluqda ulu öndər Heydər Əliyevin

 xatirəsi ehtiramla yad edilmişdir

 

Dekabrın 11-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda ulu öndər Heydər Əliyevin vəfatının doqquzuncu ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ulu öndərin Baş Prokurorluğun binasındakı büstü önünə əklil qoymuşgül dəstələri düzmüşlər.

Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Sonra baş prokuror Zakir Qaralov məruzə ilə çıxış edərək demişdir ki, Azərbaycanın 1969-cu ildən başlayaraq 30 ildən artıq bir dövrü əhatə edən ən yeni tarixi, bu müddətdə ölkə həyatının bütün sahələrində əldə edilmiş möhtəşəm nailiyyətlər dahi şəxsiyyət Heydər Əliyevin adı, onun müdrik dövlətçilik siyasəti ilə bağlı olmuşdur. "Azərbaycan tarixinin Heydər Əliyev dövrü" kimi qiymətləndirilən bu zaman kəsiyi ərzində ulu öndər tərəfindən görülən böyük işlərin məntiqi nəticəsidir ki, bu gün xalqımız müstəqil, demokratikhüquqi dövlətdə yaşamaq xoşbəxtliyini əldə etmiş, öz layiqli və hərtərəfli təminatlı gələcəyinin bütün əsaslarını yaratmış, ən başlıcası isə siyasiiqtisadi müstəqilliyinə nail olmuşdur.

Vurğulanmışdır ki, Azərbaycan tarixinə sabitlikinkişaf dövrü  kimi daxil olan 1993-2003-cü illər ərzində Heydər Əliyev tərəfindən müstəqil dövlətçiliyimizin əsasları yaradılmış, milli ideologiyamızın əsası kimi azərbaycançılıq məfkurəsi formalaşdırılmış, bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan yeni iqtisadi münasibətlər bərqərar edilmişdir. Azərbaycanın yeni Konstitusiyası qəbul edilməklə hüquqi dövlət quruculuğu yolunda inamlı addımlar atılmış, demokratik və ümumbəşəri dəyərlərə əsaslanan vətəndaş cəmiyyətinin qurulması istiqamətində böyük işlər görülmüşdür.

Ulu öndər Heydər Əliyevin Azərbaycanın təbii ehtiyatlarından ölkənin milli maraqları naminə səmərəli istifadə edilməsi istiqamətində həyata keçirdiyi tədbirlərin nəticəsində iqtisadiyyatın və bütövlükdə ölkənin gələcəyi üçün həlledici amil olan "Əsrin müqaviləsi"nin imzalanması ilə dünyada bənzəri olmayan sürətli inkişaf üçün hərtərəfli zəmin yaradılmışdır. Azərbaycanı bütün dünyaya tanıdan bu müqavilə irimiqyaslı xarici investisiyaların ölkəyə axını üçün böyük stimul olmuş, ölkəmizin dünya iqtisadiyyatına hərtərəfli inteqrasiyasının əsasını qoymuşdur.

Diqqətə çatdırılmışdır ki, müstəqil Azərbaycanın mühüm dövlət təsisatlarından olan prokurorluq orqanları yenidən formalaşmasına görə, ilk növbədə, ulu öndər Heydər Əliyevə borcludur. Azərbaycan Respublikası Prokurorluğunun dövlətçiliyimizin maraqlarına xidmət edən sivildemokratik bir qurum kimi formalaşması ölkəmizdə aparılan hərtərəfli məhkəmə-hüquq islahatlarının memarı olan Heydər Əliyevin dövlətçilik siyasəti, onun gündəlik qayğı və dəstəyi nəticəsində mümkün olmuşdur. 2003-cü ildən etibarən prokurorluq orqanlarına dövlət səviyyəsində göstərilən etimad və diqqət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilirprokurorluğa hərtərəfli qayğı göstərilir. Milli prokurorluğun inkişaf tarixində hərtərəfli müasirləşdirmə və təkmilləşdirmə dövrünün əsasını qoyan dövlət başçısı tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı"na uyğun olaraq həyata keçirilən tədbirlər insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsi, digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqəli fəaliyyətin təkmilləşdirilməsi, prokurorluğun maddi-texniki təminatının yaxşılaşdırılması və əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi üçün böyük imkanlar yaratmışdır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın hərtərəfli sosial-iqtisadi inkişafına nail olunmuş, demokratik vətəndaş cəmiyyətinin daha da təkmilləşdirilməsi istiqamətində inamlı addımlar atılmış, ümumbəşəri dəyərlərə sadiqliyini sübut edən respublikamızda yeni məzmunlu mütərəqqi islahatlar daha da dərinləşdirilmiş, dünya dövlətləri birliyinə inteqrasiya proseslərini sürətləndirən ölkəmiz regionun aparıcı dövləti statusunu qoruyub saxlamış, enerji layihələrinin reallaşdırılması istiqamətində böyük işlər görülmüşdür. Nazirlər Kabinetinin cari ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısı İlham Əliyevin nitqində göstərildiyi kimi, ölkə iqtisadiyyatı uğurla inkişaf etmiş, bütün makroiqtisadi göstəricilər yüksək səviyyədə olmuş, iqtisadi sahədə aparılan düşünülmüş siyasət qlobal iqtisadi maliyyə böhranı şəraitində Azərbaycanın uğurlu iqtisadi inkişafını, ümumi daxili məhsulun əhəmiyyətli artımını təmin etmiş, nəzərdə tutulmuş bütün proqramlar icra edilmişdir. Həyata keçirilmiş böyük quruculuq işləri və mütərəqqi islahatların nəticəsidir ki, əldə edilmiş uğurlar beynəlxalq maliyyə qurumları tərəfindən yüksək dəyərləndirilmiş, Davos İqtisadi Forumunun rəqabət qabiliyyətliliyi göstəricisi üzrə tərtib olunan siyahısında Azərbaycan dünya miqyasında 46-cı, MDB məkanında isə 1-ci yerdə qərarlaşmışdır.

Azərbaycan Respublikasının dünya dövlətləri birliyində öz layiqli yerini tutması istiqamətində dövlət başçısının rəhbərliyi altında yürüdülən düşünülmüş xarici siyasət nəticəsində ölkəmizin dünyanın 155 dövlətinin dəstəyi ilə  BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi məruzədə xüsusi vurğulanmışdır.

Heydər Əliyev ideyalarının ardıcıl surətdə reallaşdırılmasının və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində, dekabrın 8-də Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının 2015-ci ildə ilk Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi haqqında  qərar qəbul etməsi ölkəmizin böyük uğuru kimi dəyərləndirilmişdir.

Anma mərasiminin iştirakçıları və Azərbaycan Respublikası Prokurorluğunun kollektivi adından dövlət başçısı İlham Əliyev əmin edilmişdir ki, ulu öndər Heydər Əliyevin ideyalarına və onun formalaşdırdığı siyasi kursa sadiq olan prokurorluğun kollektivi bütün səylərini dövlət müstəqilliyinin və milli maraqların, ölkəmizdə ictimai-siyasi sabitliyin hər cür cinayətkar qəsdlərdən qorunmasına səfərbər edəcəkdir.

Mərasimin sonunda ulu öndərin həyat və fəaliyyətindən bəhs edən "Vətənə, xalqa həsr edilən ömür" adlı sənədli film nümayiş olunmuşdur.

 

Azərbaycan.-2012.- 12 dekabr.- S.9.