Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"da dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 290                        Bakı şəhəri, 11 dekabr 2012-ci il

 

 

 

 "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 12 iyun tarixli 377-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 17 iyul tarixli 686 nömrəli Fərmanının 1.6-cı bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 9, maddə 693; 2001, ¹ 11, maddə 722; 2002, ¹ 3, maddə 148, ¹ 7, maddə 455, ¹ 10, maddə 635; 2003, ¹ 10, maddə 629; 2005, ¹ 4, maddə 386, ¹ 6, maddə 534, ¹ 8, maddə 782, ¹ 10, maddə 977, ¹ 11, maddə 1061, ¹ 12, maddələr 1228, 1231; 2006, ¹ 3, maddə 297, ¹ 8, maddə 731, ¹ 9, maddə 830, ¹ 10, maddə 902, ¹ 11, maddə 994; 2008, ¹ 2, maddə 108, ¹ 4, maddə 316,

¹ 8, maddə 787; 2009, ¹ 2, maddə 148, ¹ 10, maddələr 846, 849, ¹ 12, maddə 1079; 2010, ¹ 6, maddə 555; 2011, ¹ 10, maddə 971; 2012, ¹ 3, maddə 263, ¹ 5, maddələr 489, 495, ¹ 7, maddə 777) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"da aşağıdakı dəyişikliklər edilsin:

1.1. 17-ci hissənin yeddinci abzası çıxarılsın;

1.2. 102-ci hissənin beşinci abzasından "pasportlarda uşaqlar və ər (arvad) haqqında qeydlər," sözləri çıxarılsın;

1.3. 103-cü hissənin üçüncü abzasında "pasport" sözü "şəxsiyyət vəsiqəsi" sözləri ilə əvəz edilsin;

1.4. 113-cü hissədən "nikah münasibətlərini təsdiq edən sənəd (nikah haqqında şəhadətnamə, nikahın qeyd olunması haqqında pasportda qeyd və s.)" sözləri "nikah haqqında şəhadətnamə" sözləri ilə, "nikahın pozulması faktını təsdiq edən sənəd (nikahın pozulması haqqında şəhadətnamə, nikahın pozulmasının qeyd olunması haqqında pasportda qeyd və s.)" sözləri "nikahın pozulması haqqında şəhadətnamə" sözləri ilə əvəz edilsin.

 

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.-2012.- 13 dekabr.- S.2.