Səfər başa çatdı

 

Ukrayna Prezidenti Viktor Yanukoviçin Azərbaycana işgüzar səfəri

 

Dekabrın 12-də Ukrayna Prezidenti Viktor Yanukoviçin Azərbaycana işgüzar səfəri başa çatmışdır.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Ukrayna Prezidenti Viktor Yanukoviçi hava limanında Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri Şahin Mustafayev və digər rəsmi şəxslər yola saldılar.   

 

 

AzərTAc

Azərbaycan.-2012.- 13 dekabr.- S.2.