Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin

 «Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi» məqaləsi

 Qırğızıstanın «Kabar» dövlət informasiya

agentliyinin saytında yerləşdirilmişdir

 

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin elmi ictimaiyyət üçün olduqca maraqlı, eyni zamanda, geniş əks-səda doğuran "Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi" sərlövhəli məqaləsi rus dilində tam şəkildə Qırğızıstanın "Kabar" dövlət informasiya agentliyinin saytında yerləşdirilmişdir (http://kabar.kg/science-and-culture/full/45797). Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu məqalənin Qırğızıstanın bir sıra informasiya agentliklərinin saytlarında yerləşdirilməsi üçün hazırda danışıqlar aparır.

Son vaxtlar bəzi mətbuat orqanlarında Azərbaycana qarşı təxribatların, milli tariximizin saxtalaşdırılmasına yönəlmiş məlumatların sayı artmışdır. Bu baxımdan akademik R.Mehdiyevin "Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi" elmi məqaləsi vaxtında yazılmışdır.

Akademik R.Mehdiyevin Azərbaycanın dövlətçilik tarixi, elmi, ictimai-siyasi məfkurəsi ilə bağlı yazdığı bu məqalə elmi dəlillərin və faktların zənginliyi, obyektivliyi ilə diqqəti cəlb edir.

Dərin elmi məzmunlu, vətənpərvər ruhlu "Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi" məqaləsinin qırğız oxucularının da marağına səbəb olacağı nəzərə alınaraq Bişkekdə fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu onu qırğız dilinə tərcümə etdirmişdir. Məqalə Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə Bişkekdə qırğız və rus dillərində kitab şəklində nəşr olunacaqdır.                   

 

 

AzərTAc

Azərbaycan.-2012.- 13 dekabr.- S.5.