Yenidənqurmadan sonra açılan Horadiz Şahmat Məktəbində

 uşaqlar idmanın bu qədim növünün sirlərinə dərindən yiyələnəcəklər

 

Azərbaycan Prezidenti İlham Əliyevin Füzuli rayonuna səfəri

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də Horadiz Şahmat Məktəbinin yenidənqurmadan sonra açılışında iştirak etmişdir.

Dövlət başçısına məlumat verildi ki, ümumi sahəsi 500 kvadratmetr olan şahmat məktəbinin həyətində müasir işıqlandırma sistemi qurulmuş, yaşıllıq zolağı salınmışdır. Lazımi avadanlıq və havalandırma sistemi ilə təchiz olunmuş məktəb binasının foyesində ümummilli lider Heydər Əliyevin büstü ucaldılmışdır. Burada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotoguşə yaradılmışdır.

Bildirildi ki, məktəbdə uşaqların və yeniyetmələrin idmanın bu qədim növünün sirlərinə dərindən yiyələnmələri üçün hər cür şərait vardır. Burada iki sinif və müəllimlər otaqları, bir elektron sinif və xidməti otaqlar fəaliyyət göstərir. Məktəbdə şahmatla bağlı biliklərin əldə olunması və müasir yeniliklərin qavranılması üçün ayrıca kompyuter guşəsi də yaradılmışdır. Bu da dərslərin kompyuter vasitəsilə keçirilməsinə, ən son yeniliklərin qısa müddətdə öyrənilməsinə şərait yaradır.

 

 AzərTAc

Azərbaycan.-2012.- 16 dekabr.- S.2.