Ankarada səfərdə olan Azərbaycan nümayəndə heyəti

 İhsan Doğramacının məzarını ziyarət etmişdir

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyevin başçılıq etdiyi nümayəndə heyəti xalqımızın ümummilli lideri, türk dünyasının dahi şəxsiyyəti Heydər Əliyevin vəfatının 9-cu ildönümü münasibətilə ölkəmizin Türkiyədəki səfirliyinin təşkil etdiyi silsilə tədbirlərdə iştirak etmək üçün Ankarada səfərdə olmuşdur.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti ulu öndər Heydər Əliyevin yaxın dostu, Türkiyənin görkəmli elm adamlarından biri, ictimai-siyasi xadim, Azərbaycanın böyük dostu, professor İhsan Doğramacının məzarını ziyarət etmişdir.

Nümayəndə heyətimiz məzarın önünə əklil və gül dəstələri qoymuş, İhsan Doğramacının xatirəsini yad etmişdir.

E.Əfəndiyev Azərbaycan nümayəndə heyəti adından buradakı xatirə dəftərinə ürək sözlərini yazmışdır.

 

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

Ankara

Azərbaycan.-2012.- 16 dekabr.- S.4.