Ö.H. Eldarovun «Şərəf» ordeni ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Ömər Həsən oğlu Eldarov "Şərəf" ordeni ilə təltif edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 dekabr 2012-ci il

Azərbaycan.-2012.- 18 dekabr.- S.1.