R.Z.Saqdeyevin «Dostluq» ordeni ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının beynəlxalq elmi əlaqələrinin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Roald Zinnuroviç Saqdeyev "Dostluq" ordeni ilə təltif edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 dekabr 2012-ci il

Azərbaycan.-2012.- 19 dekabr.- S.2.