Azərbaycanda idmanın inkişafında xidmətləri olan

 şəxslərə fəxri adların verilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə "Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adı verilsin:

 

 

Abdullayev Namiq Yədulla oğlu

Eyvazov Məmməd Fətəli oğlu

Hətəmov Rəhman Süleyman oğlu

Məmmədov Ceyhun Məhəmməd oğlu

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 dekabr 2012-ci il

Azərbaycan.-2012.- 19 dekabr.- S.2.