Olimpiya oyunları çempionlarına Azərbaycan Respublikası

 Prezidentinin xüsusi Olimpiya təqaüdlərinin verilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanın Olimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi Olimpiya təqaüdlərinin təsis edilməsi haqqında" 10 oktyabr 2002-ci il tarixli 798 nömrəli fərmanına uyğun olaraq qərara alıram:

1. Azərbaycanın aşağıdakı Olimpiya oyunları çempionlarına Azərbaycan Respublikası Prezidentinin xüsusi Olimpiya təqaüdləri verilsin:

 

 

Belenki Valeri Vladimiroviç

Əsgərov Toğrul Şəhriyar oğlu

Şərifov Şərif Naibqadjavoviç

 

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 dekabr 2012-ci il

Azərbaycan.-2012.- 19 dekabr.- S.2.