Bakıda «Qloballaşma şəraitində kulturoloji innovasiyalar

 və sosial-mədəni inkişaf» mövzusunda beynəlxalq konfrans keçirilir

 

Dekabrın 21-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) "Qloballaşma şəraitində kulturoloji innovasiyalar və sosial-mədəni inkişaf"  mövzusunda beynəlxalq elmi-nəzəri konfrans işə başlamışdır.

AzərTAc xəbər verir ki, ADMİU-nun 90 illik yubileyinə həsr edilmiş tədbirdə kulturologiyaya həsr edilmiş kitablardan ibarət sərgi açılmışdır.

Tədbir iştirakçıları əvvəlcə universitetin foyesində ulu öndər Heydər Əliyevin büstünü ziyarət etmiş və önünə gül çələngi qoymuşlar.

Konfransın plenar iclasını giriş sözü ilə açan ADMİU-nun rektoru professor Timuçin Əfəndiyev tədbirin əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, tədbirin iştirakçıları arasında  Böyük Britaniya, RusiyaGürcüstandan gəlmiş alimlər vardır.

Rektor vurğulamışdır ki, belə bir aktual mövzuya həsr olunmuş konfransın məhz bizim universitet tərəfindən təşkil edilməsi və onun beynəlxalq xarakter daşıması heç də təsadüfi deyildir. 90 yaşını qeyd etdiyimiz ADMİU təkcə böyük sənətkarlıq ənənələri ilə deyil, həm də nəzəri biliklər sahəsindəki ciddi elmi-tədqiqat xarakterli fəaliyyəti ilə də tanınır. Universitetimiz xarici ölkələrin bir çox ali məktəbləri ilə əməkdaşlıq edirbu, onun dünyada tanınmasının, nüfuzlu beynəlxalq konfranslara ev sahibliyi etməsinin əsas şərtlərindən biridir.

Timuçin Əfəndiyev demişdir ki, bu gün universitetimizdə kulturologiyanın müasir tələblərə cavab verən geniş elmi bazası yaradılmışdır. Biz fəxrlə deyə bilərik ki, respublikada müasir elm olan kulturologiyanın fundamental bazası məhz bizim universitetimizdə formalaşmışdır. Universitetimizdə kulturologiyanın müxtəlif problemləri ilə kulturologiya fakültəsi məşğul olur. Mən bu fakültəni cəmiyyətdəki kulturoloji prosesləri ən müxtəlif aspektlərdə öyrənən elmi laboratoriya adlandırardım.

Rektor diqqətə çatdırmışdır ki, hazırkı konfransda çağdaş kulturologiyanın prioritet tədqiqat istiqamətlərindən olan innovasiya problemləri ön plana çəkilmişdir. İnnovasiya problemləri çağdaş cəmiyyətin sosial-mədəni inkişafı fonunda nəzərdən keçirilir. Azərbaycan kimi Şərq və Qərb dəyərlərindən bəhrələnən, dinamik inkişaf edən ölkədə kulturoloji innovasiyaların məhz sosial-mədəni inkişaf kontekstində işıqlandırılması heç də təsadüfi deyildir. Ölkəmizdə böyük sosial-mədəni layihələr həyata keçirilir. Qədim və zəngin mədəniyyətə malik olan Azərbaycan bu gün dünya birliyi tərəfindən təqdir olunan, demokratik dəyərlərə istinad edən, güclü dövlətçilik ənənələrindən qaynaqlanan vətəndaş cəmiyyəti qurmuşdur. Bu cəmiyyətin ideya istiqamətləndiricisi isə ulu öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərə istinad edən müdrik fikirləri, dəyərli tövsiyələri və azərbaycançılıq fəlsəfəsidir.

Rektor vurğulamışdır ki, müstəqilliyini yaxın keçmişdə əldə etmiş ölkələr üçün kulturoloji innovasiyalar mövzusu maraqlı olmaqla yanaşı, həm də aktualdır. Bu sırada Azərbaycanın adını xüsusi vurğulamaq lazımdır. Avropa ilə Asiyanın ayrıcında, Şərq-Qərb dəhlizi üzərində yerləşən Azərbaycan tarixən sivilizasiyalararası münasibətlərin episentrində dayanmış, bu münasibətlərin inkişafına əhəmiyyətli təsir göstərmişdir. Vaxtilə ərazisindən Böyük İpək yolunun keçdiyi ölkəmiz bu gün dünya iqtisadiyyatında enerji daşıyıcılarının ötürüldüyü ən strateji, iqtisadigeosiyasi baxımdan ən stabil, etibarlı, coğrafi baxımdan ən qısa və sərfəli yol, məkan kimi dəyərləndirilir.

Azərbaycanın təbii sərvətləri və imkanları kimi, onun zəngin mənəvi irsi, yaratdığı böyük mədəniyyət də bu gün dünyanın diqqət mərkəzindədir. Əlbəttə, bütün bunlar təməli ulu öndər Heydər Əliyev tərəfindən qurulmuş dövlət strategiyamızın məqsədyönlü, ardıcıl fəaliyyəti sayəsində mümkün olmuşdur. Bu gün Prezident İlham Əliyevin apardığı balanslaşdırılmış, uzaqgörən siyasət həm də Azərbaycan mədəniyyəti və ictimai fikir tarixinin, mənəvi dəyərlərimizin dünya ölkələri arasında yayılmasına yardım edir.

Timuçin Əfəndiyev demişdir ki, ölkəmizdə reallaşdırılan irimiqyaslı beynəlxalq layihələr, möhtəşəm festival və müsabiqələr qloballaşma dövründə milli-mədəni dəyərlərimizin bütün dünyaya tanıdılmasının parlaq təzahürüdür. Yurdumuzun özü qədər qədim olan Qobustan abidələri, kökü minilliklərə gedib çıxan muğamlarımız, aşıq sənəti incilərimiz və digər bu kimi mədəni sərvətlərimizin hazırda dünya birliyinin diqqət mərkəzində olması sivilizasiyalararası dialoqda Azərbaycanın imza atdığı uğurlar cərgəsindədir. Bu uğurlar təkcə mədəni cəbhənin nailiyyətləri deyil, həm də böyük siyasi çəkiyə malikdir. Ölkəmizin tanınması, beynəlxalq siyasi arenada nüfuz qazanması, söz sahibi olması, reytinqinin, imicinin möhkəmlənməsi baxımından ciddi önəm daşıyır. Möhtəşəm festivalların, o cümlədən muğam festivallarının gerçəkləşdirilməsi bu siyasətin tərkib hissəsidir. Bu böyük missiyanın reallaşdırılmasında Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın əvəzsiz xidmətləri vardır.

Konfransın işinə uğurlar arzulayan professor Timuçin Əfəndiyev iki gün ərzində "Qloballaşma və mədəniyyətlərarası dialoq", "Mədəniyyət və şəxsiyyət", "Modernləşmə və dünya dinləri" və "Kulturologiyaonun aktual problemləri" bölmələrində bir-birindən maraqlı məruzələrin dinləniləcəyini söyləmişdir.

Tədbirdə Milli Məclisin deputatı Mübariz Qurbanlı çıxış edərək konfransın olduqca aktual bir məsələyə həsr olunduğunu bildirmişdir. Qeyd etmişdir ki, konfransda dinləniləcək 150-dən çox məruzənin hər biri rəngarəngliyi və geniş əhatə dairəsi ilə diqqəti cəlb edir.

M.Qurbanlı demişdir ki, qloballaşma prosesi Azərbaycanın milli mədəniyyətinin qlobal mədəniyyətə uyğun modelinin formalaşmasına şərait yaradır. Azərbaycan öz mədəniyyəti, incəsənəti, milli-mənəvi dəyərləri ilə dünyada daha çox tanınmaqdadır. Bu istiqamətdə işlərin uğurla həyata keçirilməsində Prezident İlham Əliyevin xidmətləri misilsizdir.

Moskva Dövlət Mədəniyyət və İncəsənət Universitetinin beynəlxalq əlaqələr fakültəsinin dekanı professor İrina Silakova təmsil etdiyi ali məktəb haqqında geniş məlumat vermişdir.

Bildirmişdir ki, belə konfranslar yetişməkdə olan gənc nəslin tərbiyəsində və cəmiyyətin inkişafında mühüm əhəmiyyət daşıyır. Çalışmalıyıq ki, təmsil etdiyimiz ali təhsil müəssisələrinin məzunları, yəni  XXI əsrin yaradıcıları həqiqət, xeyirxahlıq, gözəllik və məhəbbət kimi mənəvi keyfiyyətlərin daşıyıcıları olsunlar. Bu baxımdan konfransda səslənən fikirlər bütünlükdə dünya ictimaiyyəti üçün vacibdir.

Konfransda aparılan fikir mübadiləsinin teatr təhsilində Boloniya prosesinin nəzəri və praktik məsələlərinin araşdırılması baxımından mühüm əhəmiyyət daşıdığını söyləyən Gürcüstanın İlya Universiteti İncəsənət Tədqiqatları İnstitutunun direktoru professor Levan Xetaquri belə bir tədbirdə iştirakından məmnunluğunu ifadə etmişdir.

Qonaq demişdir ki, teatr sahəsində təhsil alanlar teatr irsini kifayət qədər yaxşı bilməlidirlər ki, yeni axtarışları da uğurla reallaşdırmağı bacarsınlar və mövcud sərhədi asanlıqla dəf etsinlər.

"Visions of Azerbaijan" jurnalının redaktoru İan Piert demişdir: "Mən Bakıya 2000-ci ildə gəlmişəm. Buraya gələndə vaxtilə dünyada neftin yarısını hasil edən İkinci Dünya müharibəsində faşizm üzərində qələbə çalmaq üçün cəbhəni yanacaqla təmin edən bir ölkənin paytaxtı haqqında heç vaxt eşitməmişdim. Həmin vaxt bu ölkənin mədəniyyəti - Nizami, Füzuli, Üzeyir Hacıbəyli, Vaqif Mustafazadə, Tahir Salahov kimi korifey sənətkarlar muğam mənə tamamilə yad idi. Hətta 1966-cı ildə Londonda keçirilən futbol üzrə dünya çempionatının finalında məşhur mübahisəli qolu tərəddüd etmədən qeydə alan Tofiq Bəhramov da o vaxtlar "rus yan xətt hakimi" kimi təqdim  edilmişdi. Az vaxtdan sonra dərk etdim ki, Azərbaycan möhtəşəm bir ölkədir. Bu ölkə məni həmişə maraqlandırır. Azərbaycan öz təbii sərvətlərinə görə Qərb üçün daha müstəqil vacib olduqca Avropada insanlar onun mövcudluğu haqqında getdikcə daha çox eşidirlər. İndi bir çox ingilis futbolsevərlər Tofiq Bəhramovun rus olmadığını bilirlər".

Tədbirdə çıxış edən professorlar Niyazi Mehdi, Əlikram Tağıyev, İlqar Hüseynov, Sakit Hüseynov, Çingiz Abdullayev başqaları müzakirə olunan mövzunun aktuallığından danışmışlar.  Xüsusi vurğulanmışdır ki, müasir bəşəriyyətin inkişafını xalqlararası mədəni mübadiləsiz təsəvvür etmək çətindir.

Plenar iclasa yekun vuran ADMİU-nun rektoru professor Timuçin Əfəndiyev demişdir ki, kulturoloji innovasiyalar, mədəniyyətlərarası dialoq, milli mentalitetin inkişaf etdirilməsi kimi problemlər qloballaşma inteqrasiya proseslərinin mühüm tərkib hissəsini təşkil edir. Hazırkı konfransda bu qlobal proseslərin ayrı-ayrı problemləri öz əksini tapır. İşini bölmələrdə davam etdirəcək konfransda kulturologiya elminin aktual problemləri ilə bağlı maraqlı fikirlərin səslənəcəyinə əminəm.

Dekabrın 22-də konfrans işini davam etdirəcəkdir.

 

 AzərTAc

Azərbaycan.-2012.- 22 dekabr.- S.10.