Azərbaycan Respublikasının Prezidenti

 zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu!

Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik etmək və ən xoş arzularımı bildirmək - xoşbəxtlik, cansağlığı və Azərbaycan xalqı naminə məsul fəaliyyətinizdə yeni uğurlar diləmək istərdim.

Sizinlə ünsiyyətdə olmağa həmişə şadam. Əlaqələrimizin və səmərəli birgə işimizin davam edəcəyinə ümidvaram.

Sizə və Sizin mehriban ailənizə hörmət və ən xoş arzularla,

 

 Vladimir PUTİN,

Rusiya Federasiyasının Prezidenti

Azərbaycan.-2012.- 23 dekabr.- S.1.