Azərbaycan Respublikasının Prezidenti

 zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu!

 

Doğum gününüz münasibətilə səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.

Dost Azərbaycanın ictimai-siyasi həyatın bütün sahələrində, sosial-iqtisadi sahədə uğurlarına, habelə ölkənizin beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsinə Özbəkistanda ürəkdən sevinirlər. Bizim əyani şəkildə görüb yəqin etdiyimiz bu uğurlar Sizin adınızla, Sizin rəhbərliyiniz altında həyata keçirilən ardıcıl daxilixarici siyasətlə ayrılmaz şəkildə bağlıdır.

Bu yaxınlarda qonaqpərvər Bakıda Sizinlə görüşümüzü, mehribanlıq, etimad və qarşılıqlı anlaşma şəraitində keçən danışıqlarımızı xüsusi səmimiyyət və minnətdarlıqla xatırlayıram.

Əminəm ki, əldə edilmiş razılaşmalar bundan sonra da ölkələrimizin və xalqlarımızın mənafeyi naminə Özbəkistan-Azərbaycan strateji tərəfdaşlığının durmadan möhkəmlənməsinin etibarlı əsası olacaqdır.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, firavanlıq və Sizin məsul fəaliyyətinizdə hərtərəfli uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və firavanlıq diləmək istəyirəm.

Hörmətlə,

 

 İslam KƏRİMOV,

Özbəkistan Respublikasının Prezidenti

Azərbaycan.-2012.- 23 dekabr.- S.1.