Azərbaycan yazıçılarının əsərləri ABŞ-da nəşr olunmuşdur

 

ABŞ-ın "Trafford" nəşriyyatı "Modern Azərbaycan nəsri" adlı irihəcmli kitabı nəfis şəkildə kütləvi tirajla çap etdirmişdir.

AzərTAc xəbər verir ki, filologiya elmləri doktoru, professor Vaqif Sultanlı kitaba yazdığı "Ön söz"də Azərbaycan ədəbiyyatının, o cümlədən nəsrinin keçdiyi inkişaf mərhələlərindən söhbət açmış, söz sənətimizdəki yeniləşmə prosesini dünya ədəbiyyatı kontekstində şərh etmişdir.

Topluda Azərbaycanın qələm sahiblərindən İsmayıl Şıxlı, İsa Muğanna, Yusif Səmədoğlu, Elçin, Anar, Aqşin Babayev və başqalarının əsərlərindən nümunələr təqdim olunmuşdur.

Kitabda yazıçıların tərcümeyi-halları və fotoşəkilləri də verilmişdir.

 

Azərbaycan.-2012.- 23 dekabr.- S.8.