Prezidentin mətbuat xidmətinin məlumatı

 

Dekabrın 24-də İordaniya Kralı II Abdullah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.

Kral II Abdullah ad günü münasibətilə dövlət başçısını təbrik etmiş, ali dövləti fəaliyyətində ona uğurlar və möhkəm cansağlığı arzulamışdır.

Prezident İlham Əliyev təbrikə və diqqətə görə minnətdarlığını bildirmişdir.

Telefon söhbəti zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanmış, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunmuşdur.

 

Azərbaycan.-2012.- 25 dekabr.- S.1.