Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət

 

 

Azərbaycan Prezidenti İlham Əliyevin Sumqayıta səfəri

 

 Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xanımı Mehriban Əliyeva Sumqayıt şəhərinə gəlmişlər.

Dövlət başçısı xanımı xalqımızın ümummilli lideri Heydər Əliyevin Sumqayıt şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydular.

Şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov Prezident İlham Əliyevə ölkəmizin ən iri sənaye mərkəzlərindən biri olan Sumqayıtın sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər barədə məlumat verdi.

 

 AzərTAc

Azərbaycan.-2012.- 25 dekabr.- S.2.