Azərbaycan Respublikasının Prezidenti

zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu!

 

Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsi adından və şəxsən öz adımdan doğum gününüz münasibətilə səmimi təbrikləri qəbul edin. Sizə xas olan uzaqgörən siyasi xadimin parlaq keyfiyyətləri, perspektivli məqsəd və vəzifələrin müəyyən edilməsində genişmiqyaslı təfəkkür, onlara nail olmaq əzmi Sizin Azərbaycan Respublikasının Prezidenti kimi yüksək dövlət vəzifəsində uğurlu işinizi şərtləndirmişdir.

Sizin rəhbərliyiniz altında həyata keçirilən strateji fəaliyyət xətti Azərbaycanın beynəlxalq arenada nüfuzununrolunun durmadan artmasına şərait yaradır.

İnanıram ki, Sizin topladığınız zəngin dövlətçilik və siyasi fəaliyyət təcrübəsi bundan sonra da Azərbaycan Respublikasının dinamik inkişafına xidmət edəcəkdir.

Bu xoş fürsətdən istifadə edərək MDB çərçivəsində bizim səmərəli əməkdaşlığımıza görə səmimi minnətdarlığımı ifadə edir, əmin olduğumu bildirirəm ki, bu əməkdaşlıq bundan sonra da möhkəmlənəcək və inkişaf edəcək, əldə olunmuş razılaşmaların gerçəkləşməsi qarşılıqlı faydalı dövlətlərarası tərəfdaşlığın real məzmun qazanmasına şərait yaradacaqdır.

Çox hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq və ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram.

Dərin hörmətlə,

 

 Sergey LEBEDEV,

MDB İcraiyyə Komitəsinin sədri - icraçı katib

Azərbaycan.-2012.- 25 dekabr.- S.2.