Azərbaycan Respublikasının Prezidenti

zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu!

Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Siz istedadlı və əzmkar bir rəhbər kimi Azərbaycan Respublikasının Prezidenti vəzifəsində işlədiyiniz illər ərzində ölkənizin firavanlığı və çiçəklənməsi, dünya siyasi arenasında onun nüfuzunun və təsirinin möhkəmlənməsi üçün çox görmüsünüz.

Şəxsən Sizin bizim şəhərə və Azərbaycan ilə Sankt-Peterburq arasında əməkdaşlığın inkişafına göstərdiyiniz xüsusi diqqəti yüksək qiymətləndirirəm.

Əminəm ki, Sizin fəal dəstəyiniz sayəsində Azərbaycan ilə Sankt-Peterburq arasında qarşılıqlı faydalı  işgüzar, elmi, mədəni və humanitar əlaqələrin uğurlu inkişafı xalqlarımız naminə davam edəcəkdir.

Şübhə etmirəm ki, Azərbaycan ilə Sankt-Peterburq arasında Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyəti sayəsində bu əlaqələrin inkişafı üçün yeni mühüm addımlar atılacaqdır.

Sizə möhkəm cansağlığı, firavanlıq, bütün planlarınızın gercəkləşməsini və doğma ölkəniz naminə fəaliyyətinizdə yeni uğurlar diləyirəm.

Hörmətlə,

 

 Georgi POLTAVÇENKO,

Sankt-Peterburqun qubernatoru

Azərbaycan.-2012.- 25 dekabr.- S.2.