Azərbaycan Respublikasının Prezidenti

zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu!

Doğum gününüz münasibətilə mənim səmimi təbriklərimi qəbul edin.

Sizə xas olan böyük fədakarlıq, geniş təfəkkür, yüksək peşəkarlıq Azərbaycan Respublikasının qarşısında duran mürəkkəb məsələləri həll etməyə imkan verir.

Əmin olduğumu bildirirəm ki, xalqlarımızı bir-birinə bağlayan, zəngin həyat təcrübəsinə əsaslanan dostluq, mehriban qonşuluq və əməkdaşlıq ənənələri bundan sonra da yalnız möhkəmlənəcək və inkişaf edəcəkdir.

Hörmətli İlham Heydər oğlu, Sizə cansağlığı, xoşbəxtlik, firavanlıq, Azərbaycan xalqı naminə çoxşaxəli və məsul fəaliyyətinizdə yeni uğurlar diləyirəm.

Hörmətlə,

 

 Maqomedsalam MAQOMEDOV,

Dağıstan Respublikasının Prezidenti

Azərbaycan.-2012.- 25 dekabr.- S.2.