Azərbaycan Respublikasının Prezidenti

 zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu!

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi, Sizə uzun ömür və ali dövləti vəzifənizdə uğurlar diləyimi qəbul edin.

İnanıram ki, Sizin məqsədyönlü və çoxşaxəli fəaliyyətiniz bundan sonra da Azərbaycan Respublikasının firavanlığına, onun beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsinə və Azərbaycan xalqının rifahının yüksəlməsinə xidmət edəcəkdir.

Əmin olduğumu bildirirəm ki, ölkələrimiz və xalqlarımız arasında ənənəvi dostluq münasibətləri qərarlaşmış qarşılıqlı faydalı əməkdaşlıq və tarixən yaranmış humanitar  əlaqələr ruhunda bundan sonra da dinamik inkişaf edəcəkdir.

Hörmətli İlham Heydər oğlu, icazə verin, Sizin doğmalarınıza və yaxınlarınıza bir daha möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq diləyim.

Hörmətlə,

 

 Nikolaye TİMOFTİ,

Moldova Respublikasının Prezidenti

Azərbaycan.-2012.- 25 dekabr.- S.2.