Gürcüstanın Baş naziri Bidzina İvanişvili ümummilli

lider Heydər Əliyevin məzarını ziyarət etmişdir

 

Azərbaycanda rəsmi səfərdə olan Gürcüstanın Baş naziri Bidzina İvanişvilinin rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 26-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə tər güllər düzülmüşdür.

 

Azərbaycan.-2012.- 27 dekabr.- S.3.