Gürcüstanın Baş naziri Bidzina İvanişvili

 Şəhidlər xiyabanını ziyarət etmişdir

 

Ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın Baş naziri Bidzina İvanişvili dekabrın 26-da Şəhidlər xiyabanına gələrək Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramını bildirmiş, "Əbədi məşəl" abidəsi önünə əklil qoymuşdur.

 Paytaxtın mənzərəsini seyr edən Gürcüstanın Baş nazirinə Şəhidlər xiyabanının tarixi və paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilmişdir.

 

 AzərTAc

Azərbaycan.-2012.- 27 dekabr.- S.3.