Azərbaycan Respublikasının Prezidenti zati-aliləri İlham Əliyevə

 

VII İnternet İdarəçilik Forumunun uğurla keçirilməsi, həmçinin mənə mənim heyətimə göstərilən qonaqpərvərliyə görə Sizə Azərbaycan hökumətinə səmimi minnətdarlığımı bildirmək istərdim. Sizinlə görüşümü yüksək qiymətləndirirəm.

Bu mühüm toplantının keçirilmə yerinin Bakı şəhəri Bakı Expo Mərkəzinin seçilməsi dördgünlük tədbirin uğurla nəticələnməsi üçün önəmli olmuşdur. Sizə məlum olduğu kimi, tədbirdə 128-dən artıq ölkədən 1600-dən çox yüksək səviyyəli nümayəndə iştirak etmişdir. Tədbir iştirakçıları internet idarəçiliyinin əsas tematik sahələrini, o cümlədən internetə qoşulma müxtəliflik məsələləri, vacib internet resurslarının idarə olunması, inkişaf üçün internet idarəçiliyi, eləcə təhlükəsizlik, aşkarlıq, azadlıq məxfiliklə bağlı  məsələləri müzakirə etmişlər.

Forumun təşkilində Rabitə İnformasiya Texnologiyaları Nazirliyinin 300-dən artıq peşəkar əməkdaşının dəstəyi 250-dən artıq yerli gənc könüllünün rolunu xüsusi qeyd etmək istərdim.

Bu, mənim Azərbaycana ilk səfərim idi. Ölkənizin sosial-iqtisadi inkişafı, xüsusən informasiya kommunikasiya texnologiyaları internet sahəsində əldə etdiyiniz inkişaf məndə dərin təəssürat yaratdı. İnanıram ki, bu tərəqqi Azərbaycanın texnoloji transformasiyasına ölkənizin regionda texnoloji təkanverici rol oynaması işinə öz töhfəsini verəcəkdir.

Aydındır ki, Sizin hökumətinizin İKT sahəsinin inkişaf etdirilməsi sosial xidmətlərin göstərilməsində internetdən istifadənin genişləndirilməsi  işinə sadiqliyi öz müsbət nəticələrini verməkdədir. Eyni zamanda, Sizin rəhbərliyiniz altında Azərbaycan hökumətinin internetdə ifadə azadlığını prioritetlərdən birinə çevirməsini bununla bağlı çoxlu sayda tədbirlər həyata keçirməsini xüsusi qeyd etmək istəyirəm.

İqtisadi Sosial Məsələlər Departamenti daha geniş mənada, BMT ictimaiyyəti ölkənizdə sosial-iqtisadi inkişafın gələcəkdə təşviqi üçün Azərbaycan Respublikasının hökuməti ilə tərəfdaşlığını davam etdirmək gücləndirmək niyyətindədir.

Zati-aliləri, Sizə dərin ehtiramımı çatdırıram.

 

 

Vu HONGBO,

BMT Baş katibinin müavini

Azərbaycan.-2012.- 27 dekabr.- S.3.