Ə.M.Abbasovun «Şöhrət» ordeni ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında informasiya-kommunikasiya texnologiyaları sahəsində səmərəli fəaliyyətinə görə Əli Məmməd oğlu Abbasov "Şöhrət" ordeni ilə təltif edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 dekabr 2012-ci il

Azərbaycan.-2012.- 27 dekabr.- S.7.