Gürcüstanın Baş naziri Bidzina İvanişvilinin

 Azərbaycana rəsmi səfəri başa çatmışdır

 

Dekabrın 27-də Gürcüstanın Baş naziri Bidzina İvanişvilinin Azərbaycan Respublikasına rəsmi səfəri başa çatmışdır. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstan hökuməti başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.Gürcüstanın Baş naziri Bidzina İvanişvilini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola saldılar.

 

 AzərTAc

Azərbaycan.-2012.- 27 dekabr.- S.5.