Gürcüstanın Baş naziri Azərbaycan Prezidentinə

 səmimi qəbula görə təşəkkür etmişdir

 

Azərbaycan Respublikasına ilk rəsmi səfərdən qayıtmış Gürcüstanın Baş naziri Bidzina İvanişvili "İmedi" televiziya kanalına məxsusi müsahibə vermişdir.

Bidzina İvanişvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə səmimi qəbula görə təşəkkür etmişdir. Baş nazir demişdir ki, cənab İlham Əliyev olduqca istedadlı Prezidentdir. Mən bunu görüşümüzün ilk anından hiss etdim.

Baş nazir bildirmişdir ki, Gürcüstan ilə Azərbaycanın strateji tərəfdaşlığı davam etdiriləcək və biz ölkələrimizin mənafeyi ziddinə heç bir addım atmayacağıq.

 

 

İslam ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Tbilisi

Azərbaycan.-2012.- 28 dekabr.- S.5.