Milli Məclisin deputatı Eldar Quliyev «Türk Dünyasında İlin millət vəkili» seçilmişdir

 

 Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Mükafatlandırma Komitəsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin Aqrar siyasət komitəsi sədrinin müavini Eldar Allahyar oğlu Quliyev "Türk Dünyasında İlin millət vəkili" seçilmişdir.

Təşkilatın Ankaradakı sədri, professor Hayrettin İvginin AzərTAc-a göndərdiyi məktubda deyilir ki, E.Quliyev bu mükafata 2011-ci ildə uğurlu fəaliyyətinə görə layiq görülmüşdür.

 

 

Azərbaycan.- 2012.-1 fevral.- S.  4.