Finlandiya Respublikasının yeni seçilmiş Prezidenti zati-aliləri cənab Sauli Niinistöyə

 

Hörmətli cənab Niinistö!

Finlandiya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-Finlandiya  münasibətləri, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da ardıcıl şəkildə inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Finlandiya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 8 fevral 2012-ci il

 

Azərbaycan.- 2012.- 9 fevral.- S.  1.