Sietse Bekker: «Eurovision» layihəsinin rəsmi milli saytı Azərbaycanın təbliği üçün gözəl bir platformadır

 

www.eurovision.az saytı Azərbaycan mətbuatı və auditoriyası üçün çox gözəl, yerli bir platformadır. Çox  yaxşı haldır ki, Azərbaycanla bağlı məlumatlar müntəzəm olaraq Avropaya çatdırılır.

Bunların arasında Azərbaycan və onun paytaxtı Bakıya dair məlumatlar, otellər, turizm imkanları və digər zəruri bilgilər vardır.

AzərTAc eurovision.az saytına istinadla xəbər verir ki,  bu sözləri "Eurovision" mahnı müsabiqəsinin təşkilati məsələlər üzrə rəhbəri Sietse Bekker demişdir. Onun sözlərinə görə, Azərbaycanın müsabiqə ilə bağlı rəsmi milli saytı olan eurovision.az çox gözəl təbliğat vasitəsidir. Sietse Bekker bildirmişdir ki, biz eurovision.az saytı ilə əməkdaşlıq etməkdən məmnunuq. Avropalıların Azərbaycanla bağlı mümkün qədər çox məlumatlandırılmasını dəstəkləyirik.

 

 

Azərbaycan.- 2012.- 10 fevral.- S.7.